Meklenburq-Şverinli Henri (; ) — Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin oğlu, Niderland şahzadə-konsortu.
1876-cı ildə Şverində dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransisk, anası isə onun üçüncü xanımı alman əsilzadəsi Şahzadə Mariyadır. Drezdendəki bir gimnaziyada, ardından Metsdəki hərbi liseydə təhsil aldı. Ardından Prussiya ordusunda birinci dərəcəli leytenant rütbəsiylə xidmətə başladı. Şvarsburqdakı ziyafətlərdən birində gənc Niderland kraliçası Vilhelmina ilə tanış oldu. Cütlük 7 fevral 1901-ci ildə Haaqada evləndi. Toydan bir gün əvvəl ona Niderland şahzadəsi () titulu verildi. Evlilikləri boyunca bir neçə məşuqəsi və bunlardan dünyaya gələn nigahdan kənar övladları oldu. Yalnız varis dünyaya gətirmək adına baş tutan formal bir evlilik idi. Kraliça Vilhelmina bu nigahdan bir neçə dəfə hamilə qalsa da, bunlardan yalnız biri sağlam doğuşla nəticələndi.
Erkən doğuş (9 noyabr 1901) Ölü doğulan bir oğlan uşağı (4 may 1902) Erkən doğuş (23 iyul 1906) Yuliana, Niderland kraliçası Erkən doğuş (23 yanvar 1912) Erkən doğuş (20 oktyabr 1912) Bunlardan başqa məşuqəsi Villemina Martina Vennekerdən dünyaya gələn Pim Liyer adlı bir oğlu da vardı. 1918-ci ildə doğulan Pim Liyer İkinci Dünya müharibəsinin ardından siyasətə daxil oldu.
Hollandiya Silahlı Qüvvələrinin kontr-admiralı, general-mayor, vitse-admiral və general-leytenant idi. 3 iyul 1934-cü ildə Haaqada ürək çatışmazlığı səbəbilə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Findling, John E.; Pelle, Kimberly D., eds. (1996). Historical Dictionary of the Modern Olympic Movement. Greenwood Publishing Group. pp. 68–74. ISBN 0313284776 Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 466. ISBN 978-87-7674-434-2
İstinadlar Kateqoriya:Almanlar Kateqoriya:Hollandlar Kateqoriya:Meklenburq-Şverin sülaləsi