thumb Koha proqramı — Avtomatlaşdırılmış Kitabxana İdarəetmə sistemidir.

(AKİS) Həm Linux, həm də Windows-da işləyə bilər. RDBMS və Apache Web server dəstəyi ilə MySQL-dən istifadə edir.

MARC və Z39.50 standartlarını dəstəkləyən Koha 6 qitədə 600 — dən çox universitet, tədqiqat və ictimai kitabxanalar tərəfindən istifadə olunur. Koha, ILS-də (Integrated library system-inteqrasiya olunmuş kitabxana sistemi) gözlənilən xüsusiyyətlərin əksəriyyətinə malikdir.

Tarixi Koha ilkin olaraq Yeni Zelandiyada Katipo Communications Ltd tərəfindən 1999-cu ildə açıq mənbə olaraq Horowhenua Library Trust üçün hazırlanmağa başlanılmışdır. Maori dilində "hədiyyə" mənasını verən Koha 2000-ci ilin yanvarında Horowhenua Library Trust üçün tətbiqinə başlanılmışdır və hazırda dünyanın hər yerindən proqram təminatçıları və kitabxana texnologiyası işçiləri qrupu tərəfindən idarə olunur.

Perl dilində (yuxarı səviyyəli, dinamik proqramlaşdırma dili) hazırlanmış Koha MySQL, MariaDB, HTML, HTML5, Javascript, CSS, XML və ya PstgreSQL verilənlər bazasından istifadə edir və Apache Web serveri vasitəsilə verilənlər bazasına girişi təmin edir.

Digər sistemlərlə inteqrasiyanı təmin edən xidmətlər Java və Python kimi dillərdə yazılmış modullar da inteqrasiya oluna bilər.

MARC və Z39.50 standartlarını dəstəkləyən Koha 6 qitədə 600-dən çox universitet, tədqiqat və ictimai kitabxanalar tərəfindən istifadə olunur.

Xüsusiyyətləri Koha, ILS-də (Integrated library system-inteqrasiya olunmuş kitabxana sistem i) gözlənilən xüsusiyyətlərin əksəriyyətinə malikdir: Etiketləmə, şərh, sosial paylaşım və RSS lentləri kimi müxtəlif Web 2.0 vasitələri Vahid kataloq Onlayn kitab verilişi Barkod çapı İstifadəçi kartının yaradılması Hesabatın yaradılması OPAC vasitəsilə istifadəçinin qeydiyyat forması

İstinadlar

Kateqoriya:Kitabxanaşünaslıq Kateqoriya:Serverlər Kateqoriya:2000-ci il proqramları