Nikolay Maksimilyanoviç Romanovski ( ) — Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin oğlu, V Loyxtenberq hersoqu.

1843-cü ildə Peterhof sarayında dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Maksimilyan de Boharne, anası isə rus çarı I Nikolayın qızı Mariya Nikolayevnadır. Doğuş əsnasında ayağının birinin qısa olduğu aşkarlandı və bu səbəblə uşaq yaşlarında Almaniya və Birləşmiş krallıqda bir neçə dəfə əməliyyt olundu.

Atasının fransız-alman əsilli olmasına baxmayaraq, Mariya və bacı-qardaşları pravoslav məzhəbinə uyğun təlim-tərbiyə edildi. Bu çar Nikolayın qoyduğu evlilik şərtlərindən biri idi. 1852-ci ildə atası vəfat etdi və anası Mariya Nikolayevna 2 il sonra başqasıyla evləndi. Ancaq onun bu evliliyi Çar Nikolaydan gizlədildi. Babasının ölümü və dayısı II Aleksandrın taxta çıxmasından sonra da qəbul edilməyən bu evlilik səbəbilə, anası Mariya Nikolayevna övladlarını geridə qoyaraq Rusiyadan sürgün edildi. Mariya və bacı-qardaşları isə Çar Aleksandr və Çariça Mariya Aleksandrovnanın himayəsinə verildi.

1850-ci ildən etibarən rus ordusunda fəxri ünvanlar almağa və hərbi vəzifələrə təyin olunmağa başlandı. 1860-cı ildən etibarən hərbi karyera ilə yanaşı, Sankt-Peterburq Universitetində təhsil almağa başladı. 1862-ci ildə Yunanıstan taxt-tacına, 1866-cı ildə isə Rumıniya taxt-tacına namizəd göstərilsə də, çar ailəsiylə olan qohumluq əlaqəsi səbəbilə digər Avropa ölkələri bu namizədliyi dəstəkləmədi.

1863-cü ildə boşanmış və 2 qız uşağı olan dul rus zadəganı Nadejda Annenkova ilə eşq yaşamağa başladı. Dayısı Çar Aleksandr bu evliliyə qarşı çıxsa da, Nikolay Maksimilyanoviç məşuqəsiylə gizlicə ölkədən qaçdı və 1868-ci ildə Bavariyadakı Stein qalasında evləndilər. Bu hadisə Sankt-Peterburqda skandala səbəb oldu. Üstəlik, Nikolay Maksimilyanoviç ordudan qaçmış elan edildi və bütün ünvanları əlindən alındı. Çar ailəsiylə yanaşı, başda anası və qardaş-bacıları olmaqla digər ailə üzvləri tərəfindən qəbul edilməyən bu evlilik cütlüyün maddi sıxıntı çəkməsinə səbəb oldu. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi.

Nikolay Nikolayeviç (1868-1928) Georq Nikolayeviç (1872-1929)

1876-cı ildə anasının cənazə mərasimi səbəbilə ölkəyə girişinə icazə verilən Nikolay Maksimilyanoviç ertəsi il başlayan Osmanlı-Rusiya müharibəsi səbəbilə bağışlandı və hərbi bacarıqlarından istifadə edildi. 1878-ci ildə cütlük bağışlandı. Ancaq nə Rusiyada yaşamalarına, nə də övladlarının rus monarxial ünvanlarını daşımasına icazə verilmədi.

Həddindən çox tütün istifadə si onda boğaz xərçənginə səbəb olmuşdu. Xanımının təmin etdiyi morfinə aludəçiliyi yaranmışdı və bu vəziyyətdə 6 yanvar 1891-ci ildə Parisdə vəfat etdi. Cənazəsi Rusiyaya göndərildi. 24 yanvarda baş tutan cənazə mərasiminin ardından Sankt-Peterburqda dəfn olundu.

Mənbə

Ədəbiyyat

Beli︠a︡kova, Z. I. (2010). Honour and Fidelity, the Russian Dukes of Leuchtenberg. Logos. ISBN 978-5-87288-391-3

İstinadlar

Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Rusiya imperiyası kolleksiyaçıları Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları Kateqoriya:Kilsələrə görə dəfnlər Kateqoriya:Mineraloqlar Kateqoriya:Rusiya imperiyasının hərbi qulluqçuları