Kişilər arasında Azərbaycan Voleybol Çempionatı — Azərbaycanın voleybol üzrə kişi komandaları arasında hər il keçirilən yarışdır. 1991/92 mövsümündən etibarən keçirilir.

Yarışlar iki divizionda — Super Liqada və Yüksək Liqada keçirilir. Çempionatın təşkilatçısı Azərbaycan Voleybol Federasiyasıdır.

Yarışın formatı 2025/2026 mövsümündə Super Liqada 6 komanda iştirak edib: "Xilasedici", "Neftçi", "Ordu", "Murov Az Terminal", "Azərreyl" (hamısı — Bakı), "Gənclər" (Gəncə).

İlkin mərhələdə komandalar 4 dövrəli turnirdə mübarizə aparıblar. Bunun nəticəsində pley-offun yarımfinal cütləri müəyyənləşib. Pley-offun yarımfinal seriyaları iki oyundan ibarət olub. Qalib iki oyunun nəticəsində daha çox xal toplayan komanda olub və zərurət yarandıqda "qızıl set" oynanılıb. Final və 3-cü yer uğrunda oyun isə bir matçdan ibarət olub.

Çempion titulunu finalda "Ordu" komandasını 3:1 hesabı ilə məğlub edən "Xilasedici" qazanıb. Üçüncü yeri "Neftçi" tutub.

3:0 və 3:1 hesablı qələbəyə görə komandalar 3 xal, 3:2 hesablı qələbəyə görə 2 xal, 2:3 hesablı məğlubiyyətə görə 1 xal qazanıblar. 0:3 və 1:3 hesablı məğlubiyyətlərə görə xal verilməyib.

Çempionlar MövsümKlub1991/1992SKA Bakı1992/1993SKA Bakı1993/1994SKA Bakı1994/1995SKA Bakı1995/1996SKA Bakı1996/1997SKA Bakı1997/1998SKA Bakı1998/1999"Metro" Bakı1999/2000"Metro" Bakı2000/2001"Metro" Bakı2001/2002"Metro" Bakı2002/2003"Azərneft" Bakı2003/2004"Azərneft" Bakı2004/2005"Azərneft" Bakı2005/2006"Azərneft" Bakı2006/2007"Azərneft" Bakı2007/2008"Azərneft" Bakı2008/2009"Azərneft" Bakı2009/2010"Sərhədçi" Bakı2010/2011"Sərhədçi" Bakı2011/2012"Neftçi" Bakı2012/2013"Neftçi" Bakı2013/2014"Neftçi" Bakı2014/2015"Neftçi" Bakı2015/2016"Neftçi" Bakı2016/2017"Lokomotiv" Bakı2017/2018"Lokomotiv" Bakı2018/2019"Lokomotiv" Bakı2019/2020Çempionat başa çatmayıb.Nəticələr müəyyən edilməyib2020/2021Çempionat ləğv edilib2021/2022"Murov" Bakı2022/2023"Murov" Bakı2023/2024"Azərreyl" Bakı2024/2025"Azərreyl" Bakı2025/2026|"Xilasedici" BakıXilasedici

İstinadlar

Həmçinin bax Qadınlar arasında Azərbaycan Voleybol Çempionatı Azərbaycanda voleybol Azərbaycan Voleybol Federasiyası

Xarici keçidlər Azərbaycan Voleybol Federasiyası

Kateqoriya:Azərbaycanda voleybol