Sualtı futbol — iki komandanın iştirak etdiyi və sualtı xokketi ilə sualtı reqbinin ortaq xüsusiyyətlərini daşıyan sualtı idman növüdür. Bu iki idman növündə olduğu kimi sualı futbolu da üzgüçülük hovuzunda keçirilir və şnorkellə üzgüçülük avadanlıqlarından maska, şnorkel və üzgəclərdən istifadə olunur.

Oyunun məqsədi tamamilə suyun altında olan oyunçuların bir qədər zəif üzmə qabiliyytinə malik topu hovuzun bir tərəfindən digər tərəfinə aparması və ötürməsidir. Top həm daşına, həm də komandan yoldaşına ötürülə bilər. Xal topun nəzarət altında hovuzun kənarındakı su axıdıcı kanala yerlışdirilməsi ilə qazanılır.

Oyunun müxtəlif variantlarında top əvəzinə rezindən hazırlanmış oyuncaq torpedodan istifadə edilə bilər. Digər variantda isə vedrələr ağırlıqlandırılaraq hovuzun dibinə yerləşdirilir və qapı kimi istifadə olunur.

Sualtı fulbol Kanadanın Alberta, Manitoba, Nyufaundlend və Labrador, eləcə də Saskaçevan əyalərində oynanılır.

Mənşəyi Sualtı futbol 1960-cı illərdə Manitobadakı Franl Kennedi Mərkəzində dərs deyən akvalanq üzrə təliçatçı Deyv Mördok tərəfindən yaradılmışdır. Oyun tələbələrin şnorkellə üzgüçülük bacarıqlarını inkişaf etdirmək üçümn hovuz kərpicindən istifadə edilən bir "topu rəqibdən qoruma" məşqindən yaranmışdır. Sualtı futbol bu gün də həmin mərkəzdə oyanılır.

İdarəedici qurum Sualtı futbolunun idarəedici qurumu Manitoba Sualtı Şurasıdır (Manitoba Underwater Council). Şura üzgüçülük hovuzlarının icarəsi üçün tələb olunan sığrtanı təmin etməklə, həmçinin hovuzların icarə xərclərini maliyyələşdirməklə yarışların keçirilməsinə dəstək verir.

Həmçinin bax

Sinxron üzgüçülük Sualtı şahmat

İstinadlar Kateqoriya:Komanda idman növləri