Qaraçinar — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaraçinar kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd Qaraçayın sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Ağcaqaladır. Bu da kəndin yaxmlığında divarları ağımtıl rəngə çalan qala xarabalıqlarımn olması ilə bağlıdır. Kəndin indiki adı orada mövcud olmuş çinar ağacı ilə əlaqadar yaranmışdır. Qaraçinar isə çinar bitkisinin növlərindən birinin adıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 386 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Həmçinin bax

Kateqoriya:Goranboy rayonunun kəndləri Kateqoriya:Şaumyan rayonunun kəndləri