Anastasiya (yunan dilindəki "Ἀναστασία" — "Anastasiya" kimi təlləfüz olunur) — yunan mənşəli qadın adı; yunanca "anástasis" (ἀνάστασις) sözündən gəlir və "diriliş" mənasını verir. Bu ad ən çox Şərqi Avropada məşhurdur.

Mənşəyi Anastasiya adı xristianlığın erkən dövrlərində yaranmış və dekabr ayında, yaxud Pasxa bayramı ərəfəsində doğulan bəzi yunan qızlarına və oğlanlarına verilirdi. O, kişi adı olan "Anastasius"un (yunan: Ἀναστάσιος) qadınlara verilən ad kimi yaranmışdır və "dirilişə aid olan" mənasını daşıyır. Bir neçə erkən xristian müqəddəsi, o cümlədən üçüncü əsrdə yaşamış Anastasiya Sirmiyalı bu adı daşıyırdı, hansının ki xatirəsi katolik kilsəsində hər il Milad günü səhər tezdən ilk messa zamanı qeyd olunur. Slavyan dillərində bu ad daşıyıclarına həmçinin qısa olaraq (dimunitiv) "Nastya" deyilir, eləcə də müxtəlif hipokoristik versiyalar mövcuddur: Nastenka, Nastyuşa, Nastyona, Nastasiya və Nastunya.

Populyarlığı Anastasiya Avropada qızlara verilən məşhur adlardan biridir, çünki orada verilən adların əksəriyyəti xristianlıqla əlaqəlidir. 2008-ci ilə qədər Anastasiya uzun illər ərzində Rusiyada qızlara verilən ən populyar ad idi, daha sonra Sofiya onu ötüb keçdi. Bu ad Belarus, Gürcüstan, Moldova, Monteneqro, Rusiya və Serbiyada qızlara verilən ən populyar on addan biri olaraq qalır.

Ad daşıyıcları Anastasiya Afanasyeva — ukraynalı şairə və tərcüməçi. Anastasiya Baçinska — ukraynalı idman gimnastı Anastasiya Bitsenko — Rusiya inqilabçısı. Anastasiya Bliznyuk — rusiyalı bədii gimnast. Anastasiya Boroda — Qazaxıstan su poloçusu.

thumb|304x304px|Çar II Nikolayın ən kiçik qızı, Rusiya böyük knyaginyası Anastasiya Nikolayevnanın təxminən 13 yaşında olarkən çəkilmiş 1914-cü il tarixli şəkli.

Anastasiya Borodina — Ukrayna həndbolçusu. Anastasiya Bryuxanova — Rusiya siyasətçisi. Anastasiya Daşkeviç — Belarus müxalifətçisi və söz azadlığı fəalı. Anastasiya Davidova — rusiyalı sinxron üzgüçü. Anastasiya Həsənova — rusiyalı tennisçi. Anastasiya Xmelnitska — almaniyalı bədii gimnast. Anastasiya İbrahimli — azərbaycanlı ağır atlet. Anastasiya İqnatova — Sosialist Əməyi Qəhrəmanı (1951). Anastasiya İvankova — belaruslu bədii gimnast. Anastasiya Kamenskix — Ukrayna müğənnisi, Anastasiya Qolovina — bolqar həkim. Anastasiya Loyka — belaruslu insan haqları fəalı. Anastasiya Lvovna — Rurik sülaləsinin knyaz xanımı.

Anastasiya Maksimova — rusiyalı bədii gimnast. Anastasiya Mertsalova — azərbaycanlı voleybolçu. Anastasiya Motak — ukraynalı idman gimnastı Anastasiya Nazarenko — rusiyalı bədii gimnast.

Anastasiya Nikolayevna — Rusiya imperiyasının sonuncu şahzadələrindən biri. Anastasiya Prasolova — azərbaycanlı bədii gimnast və məşqçi.

Anastasiya Prixodko — ukraynalı müğənni. Anastasiya Salos — belaruslu bədii gimnast. Anastasiya Serdyukova — özbəkistanlı bədii gimnast. Anastasiya Simanoviç — Rusiya su poloçusu. Anastasiya Svetayeva — rusiyalı yazıçı. Anastasiya Tatareva — rusiyalı bədii gimnast. Anastasiya Todorova — Ukraynanın beynəlxalq idman ustası. Anastasiya Tyurina — tacikistanlı üzgüçü. Anastasiya Volkova — kənd təsərrüfatı yenilikçisi. Anastasiya Voznyak — ukraynalı bədii gimnast. Anastasiya Zavorotnyuk — rusiyalı teatr və kino aktrisası Anastasiya Zubkova — Rusiya su poloçusu.

Eyniadlı uydurma personajlar "The Idolmaster Cinderella Girls" oyun seriyasından bir personaj olan Anastasiya. "Anastasiya" filmində baş qəhrəman olan şahzadə Anastasiya, hansı ki real şəxs olmuş Anastasiya Nikolayevnaya əsaslanıb. Anastasiya Tremeyn — 1950-ci il "Disney" istehsalı olan "Küllücə" cizgi filminin əsas personajlarından biri. Anasteyşa Stil — "Bozun əlli çaları" erotik romanının qəhrəmanı. Anastasya Fyodorovna Snejnaya — "Genshin Impact" oyununda bütün Snejnayanın KrioArxontu və çarı.

Həmçinin bax Anastasiya (dəqiqləşdirmə)

İstinadlar

Mənbələr

Kateqoriya:Şəxs adları Kateqoriya:Yunan mənşəli adlar Kateqoriya:Yunan qadın adları Kateqoriya:Qadın adları Kateqoriya:Rumın qadın adları Kateqoriya:Rus qadın adları Kateqoriya:Slavyan qadın adları Kateqoriya:Ukrayna qadın adları Kateqoriya:Gürcü qadın adları Kateqoriya:İngilis qadın adları