Emil Avqust Leopold (; ) — Saksen-Qota-Altenburq hersoqu.
23 noyabr 1772-ci ildə Qotada dünyaya gəldi. Atası Saksen-Qota-Altenburq hersoqu II Ernest, anası isə Mariya Şarlottadır. 1779-cu ildə böyük qardaşının vəfatıyla taxtın varisi oldu.
21 oktyabr 1797-ci ildə Lüdviqslustda Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransiskin qızı Luiza Şarlotta ilə evləndi. Seçilən gəlin namizədi onun uzaq qohumu idi. Belə ki, hər ikisi də Saksen-Qota-Altenburq hersoqu II Frederikin nəticəsi idi. Cütlük xoşbəxt deyildi. Belə ki, əri bir neçə dəfə boşanmaq istəsə də, tərəflərin müdaxiləsiylə buna mane olundu. Cütlüyün bu nigahdan bir övladı doğuldu.
Luiza Doroteya (1800-1831)
Ancaq qızının doğuşundan sonra xanımının səhhəti düzəlmədi və vəfat etdi. Cəmi 15 ay sonra - 24 aprel 1802-ci ildə Kasseldə Danimarka kralı V Fridrixin nəvəsi Karolina Amaliya ilə evləndi. Bu nigahdan övladı olmadı. Belə ki, cütlük bir müddət sonra uyğun olmadıqlarını anladı. 1813-cü ildən etibarən fərqli saraylarda yaşamağa başladılar.
Atasının vəfatının ardından 1804-cü ildə taxta çıxdı. O əsnada atasının siyasətini davam etdirdi və Napoleon Bonapartı dəstəklədi. Hətta onu dəfələrlə Qotadakı sarayında qonaq etdi. Hətta sarayında onun üçün dizayn olunmuş xüsusi bir otağı vardı.
Ancaq Vaterlo döyüşü və Napoleon Bonapartın məğlub edilməsinin ardından siyasi arenada sevilməyən biri oldu.
17 may 1822-ci ildə Qotada öldü.
Mənbə
Ədəbiyyat
Hefter, Marian (2026). Verhandeltes Zeremoniell. Wissen und Normen am Gothaer Fürstenhof (1640–1800). Norm und Struktur 55 (in German). Cologne: Böhlau Verlag. pp. 427–428. ISBN 978-3-412-53491-2 Die Tagebücher 1667-1686 (Publications of the Thuringian State Archives Gotha IV), edited by Roswitha Jacobsen. 3 volumes, Weimar 1998–2003. Lichtenberg, Georg Christoph (1992). Schriften und Briefe: Kommentar zu Band I und II (in German). Hanser Verlag. p. 432. ISBN 3-446-11971-X
İstinadlar
Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:LGBT yazıçılar