KOI-4878.01 ekzoplanet namizədidir və G-tipli əsas ardıcıllıq ulduzu olan KOI-4878-in ətrafında dövr edir. O, Yerdən 1,122 işıq ili (344 pk) məsafədə yerləşir. Planetin xüsusiyyətləri Yerin xüsusiyyətlərinə çox bənzəyir və əgər onun mövcudluğu təsdiqlənərsə, o, indiyədək aşkar edilmiş Yerə ən çox bənzəyən planetlərdən biri olacaq. Ekzoplanetin orbital periodu təxminən 449 gündür. O, ana ulduzunun yaşayış üçün əlverişli zonasında yerləşir. Bu zona suyun maye halda mövcud ola bildiyi ərazidir.
İstinadlar
Kateqoriya:Əjdaha bürcü Kateqoriya:Yer qrupu planetləri