ReactOS ― Windows Server 2003 və daha sonrakı Windows versiyaları üçün hazırlanmış kompüter proqramları və drayverlər ilə uyğun olması nəzərdə tutulan açıq kodlu əməliyyat sistemidir.
ReactOS 1996-cı ildən bəri inkişafdadır. 2026-cı ildən etibarən hələ də natamam alfa proqramı hesab olunur. Buna görə də, yalnızca test məqsədləri üçün istifadə edilməsi tövsiyə olunur. Buna baxmayaraq, bir çox proqramdan istifadə etmək mümkündür.
Proyekt əsasən C və C++ dillərində yazılmışdır və Windows API funksionallığını qismən həyata keçirir. Tətbiqi proqramları çalışdırmaq üçün Wine proyektinin komponentlərindən geniş istifadə edir.
Tarixi 1996-cı ildə bir qrup proqramçı FreeWin95 proyektini başlatdılar. Bu proyektin məqsədi Windows 95 əməliyyat sisteminin açıq kodlu klonunu yaratmaq idi. Proyektin dizaynı haqqında mübahisələrə görə inkişafı yavaşladı.
1997-ci ilin sonunda Jason Filby proyektin koordinatoru vəzifəsinə gəldi və proyekti yenidən canlandırmaq üçün digər üzvləri bir araya gətirdi.
Layihənin məqsədi Windows NT əməliyyat sistemi ilə uyğunluq yaratmaq istiqamətində dəyişdirildi. Proyektin adı ReactOS olaraq dəyişdirildi.
Həmçinin bax
Wine
İstinadlar
Xarici keçidlər Rəsmi veb-sayt
Kateqoriya:Əməliyyat sistemləri Kateqoriya:Əlifba sırasına görə əməliyyat sistemləri Kateqoriya:Gözlənilən proqram təminatları Kateqoriya:Microsoft Windows Kateqoriya:Plagiatda təqsirləndirilmiş əsərlər