Jozef Georq Fridrix Ernest Karl (; ) — Saksen-Altenburq hersoqu.
Həyatı 27 avqust 1789-cu ildə Hildburqhauzendə dünyaya gəldi. Atası Saksen-Hildburqhauzen hersoqu Frederik, anası isə Böyük Meklenburq-Strelitz hersoqu II Karlın qızı Şarlotta Georginadır. Dünyaya gəlişi top atəşləriylə qeyd olundu. Koburq saray əyanlarından Fridrix Avqust Şeler tərəfindən təlim-tərbiyə edildi. 1806-cı ildə Erlangen–Nürnberq Universitetinə göndərildi. 1814-cü ildə Prussiya ordusuna könüllü olaraq qatıldı. Kiçik qardaşı Georqla birgə fransızlara qarşı vuruşdu. 1816-cı ildə ordudan ayrıldı və Saksoniya ordusunda hərbi fəaliyyətini davam etdirdi.
24 aprel 1817-ci ildə son Vürtemberq hersoqu II Fridrix Yevgenin nəvəsi Amaliya Tereza ilə evləndi. Cütlüyün bu nigahdan 6 qızı doğuldu.
Mariya (1818-1907) Paulina (1819-1825) Tereza (1823-1915) Yelizaveta (1826-1896) Aleksandra (1830-1911) Luiza (1832-1833)
1830-cu ildə artıq yaşlı olan atasının naibi kimi dövlət idarəsində iştirak etməyə başladı. Atasının vəfatının ardından 1834-cü ildə taxta çıxdı. Onun səltənət illəri yenidənqurma və memarlığın inkişafı ilə fərqlənir. Mühafizəkar təbiətli idi və dövlətin heç bir sahəsində reformlara dəstək vermədi. 1848-ci il inqilabları əsnasında taxtdan çəkilməyə məcbur oldu. Oğlu olmadığı üçün səltənət kiçik qardaşı Georqa qaldı.
25 noyabr 1868-ci ildə Altenburqda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Johann Samuel Ersch (Hrsg.): Allgemeine Encyclopädie der Wissenschaften und Künste, 1. Sektion, 37. Teil, Leipzig, 1842, S. 300 (Digitalisat) Oliver Heyn: Das Militär des Fürstentums Sachsen-Hildburghausen (1680-1806) (=Veröffentlichungen der Historischen Kommission für Thüringen, Kleine Reihe, Bd. 47), Köln, Weimar, Wien 2015 Oliver Heyn: Militärisches Prestige und finanzielle Absicherung. Die Herzöge von Sachsen-Hildburghausen im Dienst der Vereinigten Niederlande (1680-1760), in: Zeitschrift für Thüringische Geschichte 71 (2017), S. 45–72. Rudolf Armin Human: Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl: Die Herzoge von Sachsen-Altenburg. Bozen, 1917, Neudruck Altenburg, 1992
İstinadlar
Kateqoriya:İnfanteriya generalları (Prussiya) Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar