Şərq qəbiristanlığı (; qeyri-rəsmi adı — Moskva qəbiristanlığı; sovet dövründə "Moskva şossesi kənarındakı qəbiristanlıq" adlandırılmışdır) — Minsk şəhərinin ən tanınmış qəbiristanlığıdır.
Ümumi sahəsi — 24 hektardır.
Tarixi Şərq qəbiristanlığı 1952-ci ildə açılmışdır. İlk olaraq şəhərin kənarında salındığı üçün xüsusi statusa malik deyildi. Minskin Şərq qəbiristanlığında BSSR-in ilk rəhbər şəxsləri, həmçinin görkəmli elm və mədəniyyət xadimləri dəfn edilirdilər. Zaman keçdikcə qəbiristanlıq elit məzarlıq statusu qazandı.
Müasir Belarusda Şərq qəbiristanlığı əsas dövlət nekropolu statusunu qoruyub saxlamışdır. 2001-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko qəbiristanlığı ziyarət etmişlər.
Şərq qəbiristanlığında həmçinin qrup məzarlıqları da yerləşir. Qəbiristanlığın tam mərkəzində İkinci Dünya müharibəsində Şərq cəbhəsi zamanı həlak olmuş döyüşçülərin məzarı yerləşir. Qəbiristanlıqda, Nemiga ərazisində baş vermiş kütləvi izdiham nəticəsində həlak olanların xatirəsinə ucaldılmış abidə də var.
Qəbiristanlıq qapalı hesab olunsa da, burada yeni məzarlar üçün boş ərazilər mövcuddur. Şərq qəbiristanlığında yer görkəmli Belarus xadimlərinə ayrıla bilər.
Məşhur insanların məzarları Minskin Şərq qəbiristanlığı əhəmiyyətinə görə tez-tez Moskvadakı Novodeviçye qəbiristanlığı ilə müqayisə edilir. Burada görkəmli dövlət xadimlərini, elm və mədəniyyət nümayəndələrini dəfn etmək ənənə halını alıb.
Qəbiristanlıqda dəfn olunanlar arasında: Pyotr Mironoviç Maşerov — sovet partiya və dövlət xadimi, Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1965–1980). Zinovi İosifoviç Babiy (1935–1984) — görkəmli opera müğənnisi, Belarus SSR-in xalq artisti. Vladimir Mulyavin — sovet və belarus estrada musiqiçisi, «Pesnyarı» vokal-instrumental ansamblının bədii rəhbəri. SSRİ xalq artisti (1991). Larisa Aleksandrovskaya — belarus və sovet opera müğənnisi, ictimai xadim. SSRİ xalq artisti (1940). Yanka Mavr — belarus sovet yazıçısı, tərcüməçi və dramaturqdur. İvan Melej — belarus sovet nasiri, dramaturqu, publisisti. BSSR Xalq yazıçısı (1972). Vasil Bıkov — belarus və sovet yazıçısı, ictimai xadim, BSSR Ali Sovetinin 9–11-ci çağırış deputatı, Böyük Vətən müharibəsinin iştirakçısı, SSRİ Yazıçılar İttifaqının üzvü. Belarus SSR Xalq yazıçısı. Vladimir Korotkeviç — belarus sovet yazıçısı, publisisti, şairi, tərcüməçisi və dramaturqu, ssenaristi, belarus ədəbiyyatının klassikidir. Vladimir Makey — belarus dövlət xadimi. Xarici işlər naziri (2012–2022). Belarus Respublikası Prezidenti Administrasiyasının rəhbəri (2008–2012). Ruslan Saley — belarus xokkeyçisi. Belarus Respublikasının Əməkdar idman ustası (2002), dəfələrlə ölkənin ən yaxşı xokkeyçisi seçilmişdir.
Qəbiristanlığın mühüm görməli yerlərindən biri "Pesnyarı" VIA-nın rəhbəri Vladimir Mulyavinin məzarındakı abidədir.
Qalereya
İstinadlar
Xarici keçidlər
https://web.archive.org/web/20131228035144/http://necropolist.info/shabanov-vostochnoe.html http://www.bnp.by/kak-proshla-radunica-na-vostochnom-kladbishhe http://www.bnp.by/kak-proshla-radunica-na-vostochnom-kladbishhe https://web.archive.org/web/20131230233933/http://www.sport-necropol.ru/vostochnoe.html Kateqoriya:1952-ci ildə yarananlar Kateqoriya:Belarus tikililəri Kateqoriya:Minsk