Ləzgi mifologiyası dedikdə Cənubi Qafqazın aborigen xalqlarından biri olan, müasir Dağıstanın cənubunda və Azərbaycanın şimalında yaşayan ləzgilərin mifololi görüşləri kompleksi başa düşülür. Müasir dövrdə ləzgilər İslam dininə iman gətirən xalq olsa da, onların adət-ənənələrində, gündəlik həyatlarında islamaqədərki inancların təsirləri aşkar müşahidə edilməkdədir.
thumb|Ləzgi Raq (Лезги Рагъ) ləzgi bütpərəstliyinin simvolu kimi tez-tez istifadə olunur, həmçinin günəş tanrısı Raqın (Рагъ) simvolu hesab edilir.
Ləzgi mifologiyasının formalaşımasına qədim dünyada yaşamış bir sıra başqa xalqlarla (şumerlilər, misirlilər, akkadlar, daha sonralar isə farslar, yunanlar və b.) təmaslar da müəyyən təsir göstərmişdir.
Dünyanın mifoloji mənzərəsi Qədim ləzgilərin mifoloji təsəvvürlərinə görə Yer və Göy Böyük suyun üzətrində durmuş azman Qızıl (qırmızı) öküzün (Яру Яц) buynuzları üzərində qərar tutmuşdur. Kainat özlüyündə şaquli vəziyyətdə yerləşmiş üç sferadan-qatdan ibarətdir: Göylər aləmi, Yerüstü aləm və Yeraltı aləm. Hər üç aləmin əsasında Böyük su durur. Paralel şəkildə kainatın dualistik bölgüsü də mövcud olmuşdur. Bu halda dünya bir-birinə qarşı duran iki hissəyə bölünürdü: işıqlı dünya (Экуь дэне) və qaranlıq dünya (МичIи дэне). Birinci dünyaya Göylər qatı və Yerüstü qat, ikinci dünyaya isə varlığın qaranlıq tərəfini təmsil edən Yeraltı qat aid edilirdi.
Göylər dünyasının sakinləri tanrılar, qəhrəmanlar və xeyirxah ruhlar idi. Bu aləm də öz növbəsində nisbətən kiçik yeddi qata bölünürdü: Yeddinci (ən yüksək) qat — Ali Tanrı Rağın qərar tutduğu qat; Altıncı qat — tanrı Alpana aid edilən qat; Beşinci qat — bütün digər tanrıların (Yar, Qudul, Gen və b.) yaşadıqları qat; Dördüncü qat — qəhrəmanların məkanı (Şarvili, Kas Buba, Xib və b.); Üçüncü qat — xeyirxah ruhların və tanrı Ərenin bacılarının yerləşdiyi qat; İkinci qat — imanlı ruhlar qatı; Birinci qat — quşlar üçün ayrılmış qat.
Yerüstü dünya insanlar, heyvanlar və bitkilər dünyası idi. Bu dünya Kainatın mərkəzində dururdu. Ləzgilərin yerüstü dünyalarında dağa sitayiş mühüm yer tuturdu. Tanrı Alpanın zirvəsində durub insanlara xitab etdiyi və onlara qanunlar toplusu göndərdiyi Şahdağ (Kəlam, Söz dağı), kainatı yaratdıqdan sonra Yaradanın istirahətə çəkildiyi Bazardüzü (Ata qəbir) dağı, Yaradanın yeddi min qoyunun dərisindən tikilmiş papağını qoyub getdiyi Barmak (Papaq) dağı, tanrı Ərenin yaratdığı və onun qızlarının hər il ziyarətə gələrək insanlara tanrıça Yarın (Bahar tanrıçasının) dirildiyini müjdələdikləri Şalbuzdağ (Tanrılar dağı). Ehtimal edilirdi ki, məhz Şalbuzdağ dağı qədim ləzgi dövlətinin yarandığı sakral məkandır. Ləzgilər inanırdılar ki, müqəddəs dağların zirvələrində əcdadlarının ruhları dolaşır.
Yeraltı dünya da Göylər dünyası kimi yeddi kiçik qatdan ibarətdir. Lakin Göylər dünyasından fərqli olaraq, bu dünya iki hissəyə bölünür: Ölülər dünyası. Qədim ləzgilərin inanclarına görə insanın ölümü onun ruhunun bədənindən ayrılmasının nəticəsidir. Bu prosesə ölüm tanrısı Ardav nəzarət edir. Tanrı Ardav ölənlərin cisimlərini öz qaranlıq dünyasına götürür. Arxeoloji qazıntılar göstərir ki, qədimdə vəfat eymiş çəxslə birgə qəbirə çoxsaylı metal və saxsı məmulat, əmək alətləri, bəzək əşyaları və başqa predmetlər də qoyulurdu. Qədim ləzgilər inanırdılar ki, bütün bu əşyalar mərhuma Ölülər dünyasında lazım olacaq, onun o biri dunyadakı varlığını yüngülləşdirəcək. Bu faktı təsdiqləyən Strabon yazırdı ki, Qafqaz Albaniyasının əhalisi mərhumla birgə əmlaklarını da dəfn edir, özləri isə kasıb yaşayırdılar. Şər qüvvələr dünyası. Yeraltı dünyanın yer səthindən ən uzaq hissəsi xtonik tanrılar Sedin hakimiyyətində olan hissəsidir. Burada, Yeraltı dünyanın yeddinci qatında, bədxah tanrılar və iblislər yaşayıtlar. Onların başında isə xtonik tanrı Sed (Afat) dururdu. Hesab edilirdi ki, Böyük su günəş tanrısı Rağı yaradarkən onun cəng arabasının təkərindən içərisində qaranlıq tanrıların və ruhların olduğu çirkli su sıçramışdır. Nəticədə şər qüvvələrin bəziləri yeraltı mağaralarda gizlənərək xilas ola bildilər. Sonradan onlar ilan cildində yerin üstünə çıxmağa başlayırlar ki, gizlincə öz qaranlıq əməllərini törətsinlər.
Bu üç dünyanın sərhədlərini yalnız tanrılar, qəhrəmanlar və ölmüş insanların ruhları keçə bilərdi. Bəzən isə tanrıların sadə insanlara da bu bacarığı bəxş etmələri mümkün sayılırdı. Keçid üçün Dünya ağacının budaqlarından və parlaq körpüdən istifadə edilirdi. Hesab edilirdi ki, Böyük suda bitən, Dünya ağacı Göyün yeddinci qatına kimi ucalır. Bu ağac nəhəng, qollu-budaqlı çinar kimi təsvir edilirdi.
Kosmoqonik miflər Ləzgilərin inanclarına görə, ilk əvvəl qaranlıq zülmət mövcud olmuşdur, bu zülmətdə yalnız hər şeyin yaradıcısı olan Ulu Tanrı işıq saçırdı. Ulu Tanrı əvvəl Yeri və Göyü, onlardan sonra isi Qırmızı öküzü (Яру Яц) yaratdı, yaraydığı dünyanı bu öküzün buynuzlarının üstünə yerləşdirdi.Yaradıcı Tanrı öküzü Böyük suya qoydu, suyu mayaladı və bundan sonra Böyük sudan günəş tanrısı Rağı doğurdu. Daha sonra Yaradıcı Tanrı od və ildırım tanrısı Alpanı yaratdı. Tanrı Alpan ildırımlarının köməyi ilə Yeri və Göyü bir-birindən ayırdı. Статья в Вестнике МГУКИ.
Antropoqonik miflər Qədim ləzgilər hesab edirdilər ki, insanları Yaradıcı Tanrı, və ya da onun tapşırığı ilə günəş tanrısı Rağ yaratmışdır. Yaradıcı Tanrı əvvəl gildən insanların cisimlərini yaratmış, bir il keçdikdən sonra isə bi cisimlərə öz ruhunun bir hissəsini yerləşdirmişdir. Buna görə də cisim fanidir, ruh isə əbədidir.
İlk insanlar Göy dünyasından Yerüstü dünyaya günəş şüalarının üzəri ilə enmişlər. Onlar nəhəng varlıqlar idilər və 500 il yaşayırdılar, lakin sonradan tanrılar insanların boyunu və ömrünü indiki hala qədər azaltmağa qərar verdilər. Qədim əfsanələrdə deyildiynə görə ilk insanların — kişi və qadınların adları eyni olmuşdur “Kas” (“Kişi”) və ya “Kasar” (Kişilər). Araşdırıcılar qədim ləzgilərin özlərini “kas” və ya “Kasar” (“kas” sözünün cəm forması) adlandırmalarını məhz bununla əlaqələndirirlər. Yer üzünə ilk olaraq gəlmiş insanlardan biri sayılan ləzgi xalqının ulu əcdadının adı da Kas-Ba (Kas Buba) (kasların atası) olmuşdur.
Qədim inanclara görə insan öldükdən sonra onun ruhu Ruhlar cığırı ilə Göy dünyasında yerləşən “Talelərin saxlanc yeri”nə qalxır. Yenicə doğulmuş körpənin bədəninə yerləşmək üçün təkrar geri göndərilən ruh da eyni yolla yer üzünə qayıdırdı.
“Talelərin saxlancı”na düşmələri üçün ruhlar məzar soyuğuna (surun ful) davam gətirə bilmələri üçün yolda dayanmalı və qızınmaları üçün tonqallar qalamalı olurdular. İnsanlar Süd yolunun işıqlandırdığı qaranlıq səmaya baxarkən bu tonqalları görə bilərdilər.
İnsanın ruh məhrum olmuş cismi axirət dünyasında yenidən doğulurdu. Bu səbəbdən də qədim ləzgilər ölülərini uşağın ana bətnində yerləşməsini xatırladan bir vəziyyətdə dəfn edirdilər. İnsanları yaratdıqdan bir müddət sonra Rağ Alpanı insanların yanına göndərir ki, İldırım tanrısı onlara müqəddəs tabuları (qadağaları) çatdırsın. Alpan Gaf suv dağının zirvəsinə enir və Ulu Tanrının sözlərini insanlara çatdırır.
Kas (insan)! Dinlə, yadda saxla və Ulu Tanrının tabularına əməl et! Tanrılara asi olma! Ruhunu məhv etmə! Kimsənin köləsi olma! Doğru olandan geri çəkilmə! Xəyanət etmə! Özgənin ocağını söndürmə! Doğulduğun torpağa vətən de!
Əfsanəyə görə Alpan insanlara xitab etməzdəın əvvəl deyəcəklərini başa düşə bilmələri üçün onlara dil öyrətmişdi, bu həm da insanların öz aralarında danışa bilmələri üçün edilmişdi. Mifdə deyilir ki, Alpan bütün başqa xalqların da hər birinə öz dilini vermiş, onlara deyilənləri anlamaq və fikirlərini bölüşmək imkanı yaratmışdır.
Ləzgi mifoloji sistemində zümrə və peşələrin yaranması haqqında rəvayət də mövcuddur. Bu rəvayətə görə çobanlar dağ ruhu Telin Yerə göndərdiyi kişi və qadından törəmişlər. Balıqçı və ovçuların yaranması da analoji qaydada su tanrısı Piliyə aid edilir, əkinçi və sənətkarların yaranması isə meşə tanrısı Çalinin adı ilə bağlanırdı. Döyüşçülərin yaradıcısı isə səma tanrısı Bal hesab edilirdi.
Sonralar İslamın və xristian teologiyasının təsiri altında ləzgilər arasında Dünya tufanı (Nuh tufanı) haqqında mifin variantlarından biri yayılmağa başlamışdır. Ləzgilərin inanclarına görə mələk Cəbrayıl göydən düşərək, İtem (kişi) adında bir insanın yanına gəlir və onun ən hündür dağlardan birinə çəkilməsini istəyir. Bundan sonra yeddi gün, yeddi gecə güclü yağış yağır, İtemin sığındığı dağdan başqa hər yer suyun altında qalır. Beləliklə bütün insanlar məhv olur, təkcə İtem sağ qalır. Tək qalan İtem Ulu Tanrıya dua edərək, ondan Yer üzünün təkrar insanlarla məskunlaşdırılmasını istəyir. Tanrı İtemin xahişini yerinə yetirir..
Etnoqonik miflər Ləzgilərin mənşəyi haqqında miflər arasında Kasın yaranması haqqımda mif daha geniş yayılmışdır. Əfsanədə deyildiyi kimi, Tanrı Yer üzündə birinci insanı - kişini yaratdı və adını Kas qoydu. Kas özünə ev tikməyə başladı. Ulu Tanrı daha bir kas (insan) — bu dəfə qadını yaratdı. Kişi qadını özünə tabe etdi, ona iş tapşırdı və bundan sonra köməkçisinə diqqət ayırmadı. Belə olan halda Ulu yaradan Yer üzərində daha bir kişi – daha bir Kas yaratdı. İkinci Kas iş görməyi bacarmırdı və öyrənmək də istəmirdi. O, öz sözləri və hərəkətləri ilə qadını əyləndirir, diqqətini özünə çəkməyə çalışırdı. Belə olan halda birinci Kasda qısqanclıq hissi baş qaldırdı o, ikinci Kası qovdu. Birinci Kasdan və qadından isə kaslar tayfası yarandı.Ф.Бадалов. Антропогонические представления лезгин. https://www.alamjurnal.com/752-antropogonicheskie-predstavleniya-lezgin/
Ləzgi tanrıları panteonu
Ulu Yaradan — demiurq. Ləzgi xalqının ulu əcdadı ilə eyniləşdirilir. Kainatı yartdıqdan sonra Ba suva (Ata dağına) çəkilmiş və yoxa çıxmışdır.
Astral tanrılar Rağ (Günəş) — Ulu günəş tanrısı. Rəvayətə görə insanların yaradıcısı və xtonik tanrıların düşmənidir. Ləzgi tayfalarını istilaçılardan (farslardan, köçəri çöl tayfalarından və ərəblərdən) qoruyurdu . Bəzən dörd qırmızı at qoşulmuş döyüş arabasında hərəkət edən hökmdar kimi təsvir olunur. Alpan — Od və ildırım tanrısı. Tanrı Alpan həm də ədalətin qoruyucusudur. Ləzgilər indiyə kimi ildırımı Alpanın odu («алпандин цӀай») adlandırırlar. Varz (Ay) — iki sifəti olan tanrıdır.Varz işıqlı üzü ilə Ulu Tanrı Rağa baxır, onun ikinci, qaranlıq üzü isə xtonik tanrılara yönəlmişdir. Ləzgilər Varza sitayiş etsələr də, ona ehtiyatla yanaşırdılar.
Astral tanrılar arasında Rağ ən nüfuzlu tanrı hesab edilirdi. Rağa belə münasibətin izləri arxeoloji qazıntılar zamanı tapılmış əşyaların üzərindəki çoxsaylı təsvirlərlə, eləcə də qədim ləzgilərin özəl dəfn adətləri ilə də təsdiqlənir (qədim ləzgilər ölülərini bir əli günəşə tərəf uzadılmış halda və üzü günəşə olmaqla dəfn edirdilər).
Aqrar tanrılar Yar — Ölüb-dirilən allah. Hazırda ləzgilər hər il baharın gəlişini Yaran suvar bayramı (tanrıça Yarın şərəfinə keçirilən bayram) ilə qeyd edirlər. Ləzgilər arasında bu bayram ilin əsas bayramı sayılır. Qudul — Hava tanrısı. Yağışın yağdırılması mərasimləri zamanı ləzgilər Qudulu insanlara qarşı rəhmli olmağa, insanlara günəş və ya yağış göndərməyə çağırardılar. Gen (Qırmızı öküz, Ççil) — Torpaq tanrısı. Buynuzları üzərində Yeri saxlayan nəhəng öküz şəklində təsəvvür edilirdi. Başını hərəkət etdirməklə Gen dağıdıcı zəlzələlər yarada bilirdi. Əren (Əran) — dənizlər və çaylar tanrısı. Hesab edilirdi ki, Ərenin qızları hər il Şalbuz dağına və bütün kəndlərə gəlir, insanlara tanrıça Yarın dirildiyini müjdələyirdilər. Əren və qızları haqqında əfsanənin Nerey və nereidalar haqqında qədim yunan əfsanəsinə bənzəməsi tədqiqatçılara qədim ləzgilərlə ellinlər arasında təmasların möbvcud olduğunu deməyə əsas verir.
Xtonik tanrılar Set (Afat) — bəd əməllər tanrısı. Qədim misirlilərdən əxz edildiyi güman olunur. Zoomorfizm görünüşə malik olub.