Barak Obamanın ikinci andiçmə mərasimi — ABŞ-ın 44-cü prezidenti Barak Obamanın ikinci səlahiyyət müddətinin inauqurasiyası. 20 yanvar 2013-cü il tarixində keçirilmişdir və sayca 57-ci Prezident inauqurasiyadır. Andiçmədən sonra Prezident Barak Obama və vitse-prezident Co Bayden öz vəzifələrinin icrasına başladılar. 20 yanvar 2013-cü ildə Vaşinqtonda, Ağ Evin Mavi Otağında qapalı, 21 yanvar bazar ertəsi günü isə ictimai inauqurasiya ABŞ Konqres Binasının Qərb fasadında keçirildi.57TH INAUGURAL CEREMONIES
İnauqurasiyanın mövzusu — "Amerikanın gələcəyinə inam" — Avraam Linkoln tərəfindən verilmiş Azadlıq Bəyannaməsi (Emancipation Proclamation) günündə keçirmişdir.'Faith in America’s Future' Bu mövzu Birləşmiş Ştatların əzmkarlığını və birliyini vurğulayaraq, Obamanın yenidən seçilmək kampaniyasının son aylarında istifadə olunan "İrəli" (Forward) şüarını əks etdirirdi. 2013-cü il yanvarın 19-dan 21-dək Vaşinqtonda keçirilən andiçmə tədbirlərinə konsertlər, andiçmə mərasimi, rəsmi nahar və parad, təntənəli ballar, eləcə də müxtəlif dinlərin nümayəndələrinin iştirak etdiyi birgə ibadət mərasimi daxil idi.Factbox - Timeline for Obama inauguration events Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin Baş hakimi Con Q. Roberts 20 və 21 yanvar 2013-cü il tarixlərində keçirilən andiçmə mərasimləri zamanı Obamaya prezidentlik andını qəbul etdirmişdir."After fumbled oath, Roberts and Obama leave little to chance".
Obama ikinci andiçmə mərasimindəki çıxışında "Azadlıq Tanrının bir hədiyyəsi olsa da, onu Yer üzündəki onun xalqı təmin etməlidir" deyə bəyan etdi. O, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün qanunların qəbul edilməsinə, immiqrasiya islahatlarının və silah nəzarətinin qəbul edilməsinə çağırdı. Obama insan hüquqları və vətəndaş hüquqları sahəsində daha çox irəliləyişə ehtiyac olduğunu bildirdi. O, demokratiyanı təşviq edəcəyinə söz verdi. Bundan əlavə, prezident kimi mövcud ittifaqları güclü saxlayacağına söz verdi, iqtisadi dirçəlişi və müharibələrin bitməsini vurğuladı və "heç kimin dinc dünyada ən güclü millətindən daha böyük payı yoxdur" dedi.Inaugural Address by President Barack Obama
İnauqurasiyada bir milyondan çox adam iştirak etmişdir və milyonlarla insan dünyanın müxtəlif yerlərindən izləmişdir.By the numbers: More than 1 million attend Obama’s second inauguration
Planlaşdırması
İnauqurasiya əsasən iki komitə tərəfindən planlaşdırılmışdı: İnauqurasiya mərasimləri üzrə Birgə konqres komitəsi və 2013-cü il Prezident İnauqurasiyası komitəsi. Komitə inauqurasiya platformasının inşasına 2012-ci il sentyabrın 20-də başlamışdı.Construction begins on 2013 presidential inauguration platform
Konqresin birgə komitəsi Prezident Obama və vitse-prezident Co Bayden üçün andiçmə mərasimi və inauqurasiya naharı, ABŞ Konqresinin İnauqurasiya mərasimləri üzrə Birgə Komitəsi tərəfindən planlaşdırılmışdı.
Prezidentin Andiçmə komitəsi 2013-cü il Prezident İnauqurasiya Komitəsi, ABŞ Prezidenti və Vitse-prezidentinin göstərişi ilə inauqurasiya ilə əlaqəli bir sıra digər tədbirlər – konsertlər, parad, ballar və dua mərasimi təşkil etdi. Komitəyə sabiq prezidentlər Cimmi Karter, Corc H. U. Buş, Bill Klinton və Corc U. Buş, eləcə də səfir Metyu Barzun, Eva Lonqoriya, Ceyn Stetson və Frenk Uayt həmsədrlik edirdilər. Digər vəzifələri isə inauqurasiya paradına rəhbərlik edən Cim Messina, həmçinin Stefani Katter, Cen O'Malli Dillon, Culianna Smut, Rufus Gifford və Patrik Qaspard tuturdular.Inaugural Co-Chairs
Açılış tədbirləri
Rəsmi andiçmə mərasimləri 1937-ci ildən etibarən, Amerika Birləşmiş Ştatları Konstitusiyasına edilmiş İyirminci düzəlişdə nəzərdə tutulduğu kimi, prezident və vitse-prezidentin dördillik səlahiyyət müddəti yanvarın 20-si günorta saatlarında başa çatır və başlayır. 2013-cü il yanvarın 20-si bazar gününə təsadüf etdiyi üçün həm Obama, həm də Bayden rəsmi olaraq qapalı, ertəsi gün isə açıq mərasimdə and içdilər.Obama: Oath on a Sunday, ceremony on a Monday 20 yanvar tarixində Ağ Evin "Mavi Otaq"ında Obama vəzifə andını içdi, elə həmin gün Ali Məhkəmənin hakimi Sonya Sotomayor vitse-prezidentə and içdirdi.Obama sworn in, second term officially begins Bayden and içərkən əlini 1893-cü ildən bəri ailəsində olan və 1973-cü ildə ABŞ Senatına daxil olandan bəri hər andiçmə mərasimində istifadə etdiyi Müqəddəs Kitabın (İncilin) üzərinə qoymuşdu. Obama isə vəzifə andı içərkən birinci xanım Mişel Obamanın ailəsinə məxsus olan incildən istifadə etmişdi.Obama, Biden Begin Their Second Terms
Bu vitse-prezidentin Kapitol ərazisindən kənarda and içdiyi üçüncü hal idi, bundan əvvəl 1853-cü ildə Kubanın Matanzas şəhərində Vilyam Kinq, 1945-ci ildə isə Ağ Evdə Harri Trumen and içmişdi.Inauguration at the U.S. Capitol
İctimai inauqurasiya: "Amerikanın gələcəyinə inam" İctimai inauqurasiya mərasimi 2013-cü il yanvarın 21-də ABŞ Kapitolunun qərb fasadında baş tutdu.Barack Obama Presidential Inauguration: full schedule Mərasim canlı musiqiylə başladı, ardınca isə ABŞ Dəniz Piyadaları Korpusunun "Prezidentin Orkestri" (ing. "The President's Own") çıxış etdi. Konqresin İnauqurasiya Mərasimləri üzrə Birgə Komitəsinin sədri, senator Çarlz Şumer aparıcı qismində çıxış etmişdir.Middle Tennessee native serves as announcer for fourth presidential inauguration
Vitse-prezident kimi and içdikdən sonra, Baydenin şərəfinə silahlı qüvvələrin üzvləri tərəfindən xüsusi təntənəli atəşlər ("ruffles and flourishes") və "Hail, Columbia" (faktiki olaraq ABŞ-ın ilk himni) marşı səsləndirildi.A minute-by-minute guide to inaugural festivities Daha sonra James Taylor "America the Beautiful" mahnısını ifa etdi.
Prezident kimi and içdikdən sonra Obama, silahlı qüvvələrin nümayəndələri tərəfindən onun şərəfinə icra olunan 21 yaylım atəşi, həmçinin "Hail to the Chief" himni ilə müşayiət olunan xüsusi təntənəli musiqi sədaları ilə qarşılandı. Bundan sonra, saat 11:53-də Obama ABŞ prezidenti qismində toplaşan kütlə qarşısında andiçmə nitqi ilə çıxış etdi. 2137 sözdən ibarət olan bu nitq 18,5 dəqiqə davam etdi. Ardınca keşiş Luis Leon xeyir-dua verdi. Mərasim müğənni Beyonsenin ABŞ-ın dövlət himni olan "The Star-Spangled Banner" mahnısını ifa etməsi ilə başa çatdı.
Açılış nitqi
Prezident və vitse-prezident vəzifə andlarını2013 inaugural ceremony to be pushed back a dayJustice Sotomayor to Swear in Biden at Inauguration içdikdən sonra Obama andiçmə nitqini söylədi.Inauguration: Barack Obama tells US to seize the moment President Obama’s second inaugural address, by the numbers Obamanın ikinci açılış nitqi "Müharibə əvəzinə dialoqa üstünlük verilməsi, xarici siyasət məsələlərindən uzaq duraraq diqqətini daha çox ölkə daxilindəki yoxsulluq və ədalətsizliyin aradan qaldırılmasına" yönəlmişdi.Obama Offers Liberal Vision: ‘We Must Act’ O, ABŞ-ın keçmişi və gələcəyinə nəzər saldı və sadə amerikalıları "dövrümüzün müzakirələrinə istiqamət verməyə" çağırdı. Amerikada "azadlığın yalnız şanslılara, xoşbəxtliyin isə yalnız seçilmişlərə məxsus olduğu" inancını rədd edərəkSpeech Reveals an Evolved and Unapologetic President və "fərdi azadlıqlarımızı qorumağın, son nəticədə, kollektiv fəaliyyət tələb etdiyini" vurğulayaraq Obama dedi: "İndi qərar qəbul etmək vaxtıdır və biz vaxt itirə bilmərik. Biz mütləqiyyəti prinsip, şou-tamaşanı siyasət, yaxud təhqiramiz ifadələri əsaslandırılmış müzakirə ilə səhv sala bilmərik. Biz hərəkətə keçməliyik."
Barak Obama, Amerikanın təməl prinsipləri ilə onun hazırkı siyasi sistemində hökm sürən ixtilaf və səmərəsizlik arasında necə uzlaşma yaradıla biləcəyinə dair fikir irəli sürərkən, ABŞ Konstitusiyasının preambulasındakı "Biz, xalq" («We the People») ifadəsindən istifadə etdi.Barack Obama sworn in as President in public inauguration O, həmçinin ABŞ-ın İstiqlal Bəyannaməsinə istinad edərək qeyd etdi ki, həyat, azadlıq və xoşbəxtliyə can atmaq kimi ayrılmaz hüquqlarımız olsa da, onlar heç vaxt yalnız reallaşmamışdır.Obama brings more optimism, partisanship and populism to second inaugural speech President Obama takes second oath of office at inauguration Hökumətin rolu ilə bağlı fikirlərini şərh edən Obama demişdi: "İnkişaf bizdən hökumətin rolu barədə qədim mübahisələri birdəfəlik həll etməyimizi tələb etmir, lakin öz dövrümüzdə hərəkətə keçməyimizi tələb edir".
Mərasimdən sonra Obama and içmə mərasimindəki çıxışını başa vurduqdan sonra Kapitoli binasına qayıtdı, ardınca bir anlığa geri dönərək, əllərində bayraqlar tutmuş yüz minlərlə amerikalı ilə dolu olan "National Mall"a (Milli Meydana) nəzər saldı. O, yanında olanlara dedi: "Bir daha baxmaq istəyirəm. Bunu bir daha görməyəcəyəm."Sworn in again, Obama lingers for last look Bundan az sonra o, Kapitolinin xatirə kitabını imzaladı. Daha sonra, ABŞ Kapitolisindəki Prezident Otağında, Konqresin hər iki partiyasından olan nümayəndələrin iştirakı ilə Obama bir sıra rəhbər vəzifələrinə irəli sürdüyü namizədlərin təyinatı ilə bağlı sənədləri imzaladı.
İnauqurasiya paradı
İnauqurasiya paradının marşrutu ABŞ Kapitolundan başlayaraq şimal-qərb istiqamətindəki Pensilvaniya prospekti boyunca uzanır və Ağ Evin şimal tərəfində başa çatırdı. Paradın böyük hissəsində Prezident Obama və birinci xanım Mişel Obama zirehli limuzində hərəkət edirdilər. Prezident və birinci xanım limuzindən düşərək, paradın müəyyən hissələrində Pensilvaniya prospekti ilə piyada getdilər.Inauguration Parade 2013: Procession From Capitol To White House Up Pennsylvania Avenue Draws Crowds Vitse-prezident Bayden və həyat yoldaşı Cill də parad marşrutu boyunca piyada addımladılar."Biden greets inaugural parade-goers".
İnauqurasiya balları Prezident Obamanın ilk andiçmə mərasimindəki çoxsaylı axşam ballarından fərqli olaraq, ikinci andiçmə mərasimini qeyd etmək üçün 21 yanvarda cəmi iki rəsmi andiçmə balı təşkil olundu. Prezident Obama və birinci xanım Mişel Obama ABŞ hərbçiləri üçün keçirilən "Ali Baş Komandan Balı"nda (Commander-In-Chief's Ball), həmçinin bütün amerikalılar üçün ümumi təntənə kimi təşkil olunan və yalnız dəvətlə iştirak edilə bilən "Andiçmə Balı"nda (Inaugural Ball) iştirak etdilər. Hər iki bal 21 yanvarda Vaşinqton şəhərindəki "Walter E. Washington" Konqres Mərkəzində keçirildi.Presidential Inauguration 2013
Yanvarın 22-də "Walter E. Washington" Konvensiya Mərkəzində Ağ Ev əməkdaşları və administrasiya heyəti, "Obama for America" seçki kampaniyasının işçiləri, eləcə də İnauqurasiya Komitəsinin heyəti üçün yalnız işçilərə özəl inauqurasiya balı təşkil olundu. Bu ənənə, işçilərin əməyinə minnətdarlıq ifadə etmək məqsədilə Prezident və Birinci Xanım tərəfindən 2009-cu ildəki inauqurasiya zamanı başladılmışdı. Tədbirdə musiqi proqramı ilə Lady Gaga və Tony Bennett çıxış etdilər.Obama Honors Aides, Campaign Staff At Final Inaugural Ball
Prezident Obama seçki kampaniyası heyətinə gördükləri işlərə görə təşəkkürünü bildirdi və onları ehtiramla yad etdi.Obama's Staff-Only Inaugural Ball Sounds Like the Best Inaugural Ball
Milli dua mərasimi Prezident Obama, birinci xanım Mişel Obama, vitse-prezident Bayden və onun həyat yoldaşı Cill Bayden 22 yanvar 2013-cü ildə milli dua günü münasibətilə Vaşinqton Milli Katedralında bir araya gəldilər.The 57th Presidential Inaugural Prayer Service Dua mərasimində müxtəlif etiqadlara mənsub yüksək vəzifəli şəxslər və qonaqlar iştirak etdilər. Tədbir dualar, mətn oxunuşları və musiqi ifaları ilə müşayiət olundu. 2009-cu ildəki inauqurasiya mərasimi zamanı keçirilən dua tədbirində olduğu kimi, bu dinlərarası ibadət mərasimi də inklüzivliyi və dini müxtəlifliyi əks etdirirdi. Burada protestant pastorlar, qadın ravvin, hindu və müsəlman din xadimləri ilə yanaşı, katolik və yepiskoplar da yer alırdılar. Mərasimdə çıxış edənlər arasında Milli Afroamerikalı Din Xadimləri Şəbəkəsi və Şimali Amerika İslam Cəmiyyətinin nümayəndələri təmsilçiləri var idi.Obamas, Bidens Attend Washington National Cathedral Prayer Service "Preachers pray for unity at National Cathedral inaugural service"
İstinadlar
Kateqoriya:20 yanvardakı hadisələr Kateqoriya:2013-cü ildə ABŞ Kateqoriya:2013-cü ildə siyasət