Dozza (Romanyol dialektində: Dòza) — İtaliyanın Emiliya-Romanya regionunda, Bolonya metropolitan şəhərində yerləşən şəhərdir. Dozza iki ildən bir sentyabr ayında keçirilən divar rəsmləri festivalı ilə tanınır. Festival zamanı İtaliya və digər ölkələrdən olan tanınmış rəssamlar evlərin divarlarında daimi sənət əsərləri yaradırlar.
Şəhərin əsas görməli yerlərindən biri Dozza qalasıdır. Qalanın zirzəmilərində Emiliya-Romanya regionunun şərabçılıq məhsullarına həsr olunmuş regional şərab mərkəzi və şərab barı — Enoteca Regionale Emilia Romagna yerləşir. Dozza İtaliyanın ən gözəl kənd və qəsəbələrini birləşdirən I Borghi più belli d'Italia təşkilatının üzvüdür.
Tarixi Kardinal Kampecco, 'Kralın Böyük Məsələsi' (ərlə arvadın boşanması məsələsi) ilə məşğul olarkən ona Dozza qəsri verilmişdi.
Mədəniyyət
Muzeylər Dozza qalasının muzeyi — Museo della Rocca Kilsə müqəddəs incəsənət muzeyi — Museo parrocchiale di arte sacra
İstinadlar
Xarici keçidlər İtaliyanın ən gözəl kənd və qəsəbələri Dozza fotoqalereyası
Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:Emiliya-Romanyanın şəhər və qəsəbələri