Kərnavu (qədim cənubi ərəb: 𐩤𐩧𐩬𐩥, qrnw, bərpa edilmiş forması: Qarnāwu, , ) — Yəmənin şimalında, Məin şəhərinin yaxınlığında, indiki Əl-Cövf bölgəsində yerləşmiş qədim şəhərin adıdır.
Kərnavu b.ə. 500-cü il radələrində Məin padşahlığını meydana gəldiyi dövrdə salınmışdır. Səba dövlətinin Məin üzərindəki hakimiyyəti b.ə. 400-cü illərdə başa çatdıqdan sonra Kərnavu bir müddət Məin padşahlığının paytaxtı olmuşdur. Kərnavu təxminən 10 metr hündürlüyündə olan təpə üzərində salınmış və hər tərəfi təxminən 350 × 240 metr ölçüdə düzbucaqlı quruluşa malik olmuşdur. Şəhərin mərkəzindən, qərb darvazasından şərq darvazasına doğru uzanan tamamilə düz ana küçə keçmiş, daxili planlaması dəqiqliklə təşkil olunmuşdur. B.ə. I əsrdə Məin padşahlığının süqutu ilə Kərnavu öz əhəmiyyətini itirmiş və qısa müddət sonra tərk edilmişdir.Ahmed Fakhry: An archaeological journey to Yemen. Cairo 1951–52F. Bron: Inventaire des Inscriptions sudarabiques. Tome 3. Maʿīn (fasc. A–B). Paris-Rome 1998.
İstinadlar
Kateqoriya:Məhv olmuş şəhərlər Kateqoriya:Qədim Yəmən Kateqoriya:Yaxın Şərqdəki qədim şəhərlər Kateqoriya:Yəmən tarixi