Aydınbulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Aydınbulaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Aydınbulaq kəndi sovet vaxtı Aydınbulaq sovetliyinin mərkəzi olmuşdur. Kənd Şəki rayon mərkəzindən 35 km. cənub-şərqdə, Yevlax-Şəki şose yolundan 12 km. aralı, Alazan-Həftəran vadisində yerləşir. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. Kəndin Şimalında təqribən IX-XIII əsrlərə aid edilən qüllə də (Ağacqala, Meydanqala, Qız qalası da adlanır) Aydınbulaq qülləsi adlanır. Kənd 1804-cu ildə Xoy xanı Cəfərqulu xanla Cənubi Azərbaycandan gəlmış ailələrin bir qrupunun Aydınbulaq adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..
Əhalisi 1976-cı ilin məlumatlarına görə əhalisi 470 nəfər olmuşdur. 2009-cu il məlumatlarına əsasən isə kəndin əhalisi 873 nəfər təşkil edir ki, onun da 438 nəfəri kişi, 435 nəfəri isə qadındır. Əhali tütünçülük, taxılçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur.
Mədəniyyəti Kənddə səkizillik məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir.
Din Kənddə "Hacı Mir Ələkbərağa" məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .
İstinadlar
Kateqoriya:Şəki rayonunun kəndləri