Muzdurlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Muzdurlar kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Muzdurlar kəndi Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Havanlı olmuşdur. Yerli əhali arasında kəndin adı qeyri-rasmi olaraq "Bir may" kimi işlənir. İnqilabdan əvvəl burada Məşədi Qarabəy adlı bir nəfərin mülkü və üzüm bağı olmuşdur. 1918-ci il müsəlman qırğını zamanı İrəvan qəzasından didərgin düşmüş altı ailə buraya köçmüş va Məşədi Qarabəy onları muzdur kimi işlətmişdir. İnqilabdan sonra Məşədi Qarabəy İrana qaçmış, 1924-cü ildə onun torpaq sahəsi həmin muzdurlara verilmiş və onlar burada daimi məskunlaşaraq bu kəndi salmışlar. Kənd onların adı ilə "Muzdurlar" adlandırılmışdır. 1933-cü ildə Bərdə rayonunda da "Muzdurlar" adlı kənd qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1479 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Goranboy rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Kateqoriya:Goranboy rayonunun kəndləri