Qaramusalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaramusalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Qaramusalı kəndi Xınalı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaramusalı kənd Soveti yaradılmışdır.
Toponimikası Oykonim "Qara Musanın törəmələri, övladları" mənasını bildirir. Kənd həmin nəslin məskunlaşması nəticəsində yarandığı üçün bələ adlanmışdır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Korçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1131 nəfər əhali yaşayır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Goranboy rayonunun kəndləri