Azərgüşnasp məbədi və ya Adur Güşnasp— Atropatenanın Qazaka şəhərində yerləşən və zərdüştçülüyin əsas məbədlərindən biri olan tarixi abidə. Uzun müddət öz əhəmiyyətini saxlayan məbəd, Bizans imperatoru I İraklinin Azərbaycana yürüşü zamanı (623–624) dağıdılaraq qarət edilmişdir. Qazaka şəhərində aparılan arxeoloji qazıntılar zamanı məbədin xarabalıqları aşkar edilmişdir.
Dini əhəmiyyəti Sasani dövründə od məbədləri, xüsusilə də üç böyük dövlət odu təsnif edilirdi; bunlardan biri – Adurbadaqandakı Adur Quşnasp odu – döyüşçülər (arteştar) təbəqəsinə aid ən yüksək dərəcəli od elan edilmişdi.
"Ataş Bəhram" (Parfiya dilində: *Ataş-i Vəhram və ya Pəhləvi dilində: "Adur Bəhram" – "Qələbə odu" mənasını verən bu ifadə Zərdüştlükdə həm də müharibə və qələbə tanrısının adı idi) statusuna malik Adur Quşnasp, Zərdüştlükdə ən müqəddəs və ən yüksək dərəcəli "baş məbəd" odu sayılırdı. I Şapurun da bəyan etdiyi kimi, hər yeni hökmdar tacqoyma mərasimindən sonra Adur Quşnasp məbədini ziyarət etməyə, kral hədiyyələri təqdim etməyə və Novruzu qeyd etməyə borclu idiKhalifa-zadeh M., "Sasanian Imperial Ideology: From Anāhītā Fire InPārs To Ādur Gušnasp Fire Temple In Ādurbādagān", Intenational Journal of History, 2025, Vol 7, Issue 1, pp 23–28. .
X əsrin səyyahı Məsər ibn Möhləhilə görə: "Qazakada olan atəşgah əhali arasında müqəddəs sayılmış, Şərqdə və Qərbdə olan atəşpərəstlər öz odlarını buranın odundan alışdırmışdır. Atəşgahın gümbəzinə gümüş hilal yapışdırılmışdır. Bir neçə hakimin həmin hilalı qoparması cəhdi baş tutmamışdır. Güman edildiyinə görə bu tilsimdir". Müəllifin yazdığına görə heyrətləndirici cəhət atəşgah odunun 700 il müddətində fasiləsiz yanması və külünün olmamasıdır.A. Fazili — Atropatena (e.ə. IV — b.e VII əsri), Bakı, Elm, 1992
İran tarixçisi İ. Purdavud qeyd edir ki, Avestanın bir nüsxəsi də Azərgüşnasp məbədində saxlanılmışdır. O, Dinkorda istinad edərək belə bir fikri irəli sürür: "Şübhəsiz, Avestanın bir nüsxəsi Azərbaycanın Şiz (Qazaka) şəhərində olan məşhur Azərgüşnasp məbədində, digər nüsxəsi isə Təxt-i Cəmşiddə (Persepolis) olan dövlət arxivində saxlanılırdı".İ. Purdavud — A Brief Review of Iranian History, The Iran League, 1962, səh 12
Xurda Avestada göstərilir ki, Əsnund dağında yerləşən Azərgüşnsp məbədi hərbçilərə məxsusdur. Bu səbəbdən də Atropatenada olan cəngavərlər igid və qorxmazdırlar. Bəhmənqalada olan Azərgüşnasp Keyxosrov tərəfindən bərpa edilmişdir.
Firdovsi Şahnaməsində 61 yerdə Azərgüşnasp məbədinin adını çəkir. Bu fakt özü belə həmin atəşgahın əhəmiyyətini göstərən amildir.
Məsudi Azərgüşnasp məbədini belə təsvir edir: "Gözəl və heyrətli binaların qalıqlarında göyün, ulduzların və abad yerlərin, bitki və heyvanat aləminin surətləri aydın görünməkdədir. Azərgüşnasp atəşgahı şahlar arasında dərin hörmətə malikdir. Ona görə də onlar atəşgahı ziyarət etmək üçün bura piyada gəlirlər."
Ərdəşir həmin atəşgahı təmir etdirmişdir. V Bəhram türk xaqanının (Ağ hun xaqanı) tacını və çoxlu miqdarda daş-qaşını atəşgaha vermişdir. Xosrov da buraya çoxlu qiymətli hədiyyələr bağışlamışdı.И. Алиев — Очерк Истории Атропатены, Баку, Азербайджанское Государственное Издательство, 1989
Tarixi Sasanilər dövrü mənbələrindən biri olan "Karnameyi Ərdəşire Papakan"da həmin dövrün üç adlı-sanlı atəşgahı haqqında məlumat verilir. Bu atəşgahlar Azərgüşnasp, Azərfərinbuğ və Azərbərzinmehr məbədləridir. Hər üç məbəd müxtəlif silklərə – hərbçilərə, kahinlərə və əkinçilərə aid olmuşdur. Bunların tikilməsi tarixini Əhəmənilərdən əvvəlki dövrlərə aid edirlər.В. Н. Левиатов — Азербайджан в V в. до н. э. — I в.н.э. "Изв. АН Азерб. ССР, 1950, № 1 Bəzi müəlliflər isə Azərgüşnasp məbədinin tarixini əfsanəvi hökmdar olan Keyxosrovla əlaqələndirirlər. Ümumiyyətlə bütün pəhləvi dilli mənbələrdə Azərgüşnasp məbədi haqqında məlumatlara rast gəlinir.
Dinkordun VII kiatbının müqəddiməsində deyilir: "Şahlıq məqamı Siyavəxşin (Siyavuşun) oğlu Keyxosrova çatdı. O, əzəmətilə cadugər, Turanlı Əfrasiyab (Alp Ər Tunqa) və onun pisniyyətli hökmdarlarına qalib gəldi. Bundan sonra Kərsivəz və onun dünyanı idarə edən qoşunlarına qalib gəlmək üçün qorxunc Çiçest gölü (Urmiya gölü) yaxınlığındakı bütgədəni uçurdu. Gördüyü xeyirxah işlərin qarşılığında cah-cəlallı taxtda oturub, əbədi olaraq qiyamətə qədər gizli surətdə onu mühafizə edəcəkdir."İ. Mənuçehr — Qozareşhay-e Həffari-ye Təxt-e Süleyman məcəlləye bastanşenası, Tehran, 1338
Pəhləvi dilində yazılmış "Minokexurd"da deyilir: "Keyxosrovun ən görkəmli işlərindən biri Çiçəst gölü yaxınlığındakı bütxananı viran edib Gəncək qalasını (Şiz qalası) bərpa etməsidir. Qadir yaradıcı gələcəkdə ona kömək edəcəkdir."
Dağıdılması İraklinin şəhərdəki əzəmətli binaları, o cümlədən Azərgüşnasp məbədini qarət etməsindən sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir. Erməni dilli tarixçilər Favstos Buzand və Ananiya Şiraklı və erməni tarixçisi Sebeosun yazdığına görə İrakli Naxçıvanı tutduqdan sonra Qazaka şəhərinə gəlib orda olan Azərgüşnasp (ermənidilli mənbələrdə Vəşnəsp) məbədini dağıtmışdır.
Bizans tarixçisi Mitenli Feofana (750–817) görə Kiçik Asiyada Lidiya şahı Krzesin xəzinəsinə oxşar Azərgüşnasp məbədinin külli miqdarda olan var dövləti bizanslılar tərəfindən qarət edilmişdir.
Tədqiqi 1937-ci ildə aparılan arxeoloji qazıntılar zamanı divar qalıqları aşkar olunmuş, burdan Parfiya və hətta ondan əvvəlki dövrə aid məlumatlar əldə edilmişdir.
Qazaka şəhəri və Azərgüşnasp məbədinin tarixinin müəyyənləşdirilməsində Ələkbər Sərəfraz və M. Kayeni tərəfindən yazılmış "Taxte-Süleyman" adlı kitabın böyük elmi dəyəri var. Burada deyilir: "İran və Almaniya arxeoloqlarının 8 il müddətində apardıqları axtarışlar nəticəsində mühüm tarixi əhəmiyyətə malik olan Azərgüşnasp məbədinin taleyi həll edilmiş oldu."Ə. Sərəfraz, M. Kayeni — Taxte-Süleyman, Təbriz, 1968, səh 21 Müəlliflərə görə Təxti Süleymanın əhəmiyyəti iki səbəbə görə diqqəti cəlb edir. Tarixi və coğrafi məlumatlara görə Qazaka şəhəri Azərbaycanın əzəmətli paytaxtı olmuşdur.Д. А. Ахундов Храмы Ирана в эпоху первых Ахеменидов, их реставрация реконструкция, Изв. АН Азерб ССР, сер. ист., фил. И права, 1978,№ 2, табл.1 Məşhur Azərgüşnasp məbədi bu şəhərdə yerləşirdi.Ə. Sərəfraz, M. Kayeni — Taxte-Süleyman, Təbriz, 1968, səh 19
Qədim dövr tarixi ilə məşğul olan bir sıra tədqiqatçılar şəhərin yerini müəyyənləşdirməyə çalışarkən müəyyən səhvlərə də yol vermişlər. Bəzilərinə görə atəşgah Urmiya gölü yaxınlığında (V. MinorskiV.F. Minorski — Şəhre Marağa, Məcelleyi "Yəğma", Tərcümə Ə. kərəngindir, Sale XVIII, N3, Tehran, 1965 və MarkvartMarkvart, İranşəhr, Tehran 1910, səh 125), bəzilərinə görə Şiz (Qazaka) şəhərində, bəzilərinə görə isə Təxti Süleymanda yerləşirdi. Lakin Təxti Süleymanda aparılan arxeoloji qazıntılar bütün bu mübahisələrə son qoymuş və sübut etmişdir ki, Təxti Süleyman qədim Qazaka (Şiz) şəhəridir və Azərgüşnasp məbədi də buradadır. Beləliklə vaxtilə burada olmuş RaulinsonГ. Г. Раулинсон — Заметки о городах Атропатены — Экбатана, Журнал Королевского Географического общества, Париж, 1940, Х, Yusti, Cekson, Fundrasten və Numenin Azərgüşnasp məbədinin Təxti Süleyman xarabalıqları arasında olması fikri bir daha təsdiqlənmiş oldu.
İstinadlar
Həmçinin bax Güney Azərbaycan Atropatena Qazaka Şiz qalası
Kateqoriya:Atropatena Kateqoriya:Atəşgahlar Kateqoriya:İran memarlığı