Atropatidlər – Atropatena dövlətində hakimiyyətdə olmuş sülalə.

Müstəqil Atropatena dövləti Atropatın başçılığı ilə e.ə. 328-ci ildə yaradılmışdır. Atropatın ölümündən sonra isə hakimiyyətə Artabazan keçmişdir. Atropatın əsasını qoyduğu sülalə Atropatidlər sülaləsi adlandırılır. Atropatidlər sülaləsi Arşakilərin kiçik qolu – Atropatena arşakiləri Atropatena hakimiyyətə gələnə kimi öz hakimiyyətini davam etdirmişdir.

Atropatidlər sülaləsindən olan hökmdarların siyahısı Atropat – e.ə. 321– ci ildə hakimiyyətə gəlmişdir. Artabazan – III Antioxla sülh müqaviləsi bağlamışdır. Mitridad ( və ya Mehrdad) – e.ə. 67 – ci ildə Ermənistan hökmdarı II Tiqranın qızı ilə evlənmişdir.V. İ. Adiyev – İstoriya Drevnevo Vostoka, Moskva, 1970 Dara (və ya Daryuş) – e.ə. 65 – ci ildə hakimiyyətə gəlmişdir. I Ariobarzan – e.ə. 30 – cu illərdə hakmiyyətdə olmuşdur. I Artavazd – e.ə. 20-ci illərdə hakimiyyətdə olmuşdur. II Ariobarzan – e.ə. 20 – ci illərin sonlarından b.e. – nın 2 – ci ilinə kimi hakimiyyətdə olmuşdur. O, eramızın birinci ilinə kimi həm də Ermənistanın hökmdarı olmuşdur. Antoninin Kleopatradan olan oğlu İskəndər II Ariobarzanın bacısı, I Artavazdın qızı ilə evlənmişdir.A. Fazili – Atropatena, Bakı, 1992 II Artavazd – Atropatenanın, daha sonra isə həm də Ermənistanın hökmdarı olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan tayfaları Kateqoriya:Atropatena