İsgəndərbəyli — Azərbaycan Respublikasının Zəngilan rayonunun İsgəndərbəyli kənd inzibati ərazi dairəsində kənd.
Kənd dağətəyi ərazidədir. Keçmiş adı Dəmirçilər olmuşdur. Yaşayış məntəqəsi dəmirçilər nəslinin məskunlaşması nəticəsində yaranmışdır. İsgəndərbəy kənddə məskunlaşmış dəmirçilərin başçısı olmuşdur. Kənd sonralar onun adı ilə adlandırılmışdır.Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı “Şərq-Qərb”, 2007
9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmşdir.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Əhalisi "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 42 evdə 214 şiə kürd yaşayırdı.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri