Xanabad — Azərbaycan Respublikasının Yevlax rayonunun Aşağı Bucaq inzibati ərazi vahidində kənd.

Toponimikası Yaşayış məntəqəsi vaxtilə Qarabağ xanlarına məxsus olduğundan belə adlandırılmışdır. Oykonim "xana məxsus kənd" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Tarixi XX əsrdə kənd Qarabağ ərazisindən alınaraq Yevlaxa verilmişdir.

1978-ci ildə inşa olunmuş Yevlax rayonunun Xanabad kəndindəki tam orta məktəb artıq köhnəldiyindən istifadəyə yararsız vəziyyətdə idi. 2023-cü ildə Heydər Əliyev Fondu yeni tədris ilinə Xanabad kəndi üçün 360 şagird yerlik yeni məktəb inşa edərək istifadəyə verib. Üç mərtəbəli 4 korpusdan ibarət olan yeni təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

İqtisadiyyatı Mingəçevir su anbarının ətrafında yerləşir. Kəndin sakinləri əsasən bostançılıq və balıqçılıq təsərrüfatı ilə məşğul olur.

Əhalisi Əhalisini tarixi türk və oğuzlar təşkil edir.

1824-cü ildə Şəki əyalətinin Ərəş mahalının Xanabad kəndində 56 ev, 356 əhali siyahıya alınmışdır.

İstinadlar

Kateqoriya:Yevlax rayonunun kəndləri