Göynük (əvvəlki adı: Köynük) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Göynük kənd inzibati ərazi dairəsində kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qazançı kənd inzibati ərazi dairəsi tərkibindəki Köynük kəndi Göynük kəndi adlandırılmış, Göynük kəndi Qazançı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Nəhəcir kəndi mərkəz olmaqla, Nəhəcir kənd inzibati ərazi dairəsi yaradılmışdır. 29 mart 2005-ci il tarixli 874-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Göynük kəndi Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Göynük kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli, 1119-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Göynük kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilmişdir.

Toponimikası

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999185821032009↗234↗107↗127

İqtisadiyyatı

Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil Kənddə Göynük kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Göynük kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri