Fərzili (əvvəlki adı: Fərzəli) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsində kənd. 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Fərzəli kəndi Fərzili kəndi adlandırılmışdır.
Toponimikası Kəndin tam adı Kərbəlayı Fərzəli olmuşdur. Yerli əhalinin məlumatına görə, Kərbəlayı Fərzəli həmin kənddə məskunlaşmış maldar ailələrin başçısının adı olmuşdur. XIX əsrin axırlarında həmin ailələrin qışlaq yerində oturaqlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Fərzəlinin adı ilə adlandırılmışdır. Oykonim 1917-ci ildə Fərzili variantında da qeydə alınmışdır. Kəndin adı 2001-ci ildən Fərzili kimi rəsmiləşdirilmişdir.
Coğrafiyası və iqlimi Kənd Fərzəliçayın sahilində, düzənlikdə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cəlilabad rayonunun kəndləri