Qarazəncir (əvvəlki adı: Andreyevka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Qarazəncir kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Andreyevka kəndi Qarazəncir kəndi adlandırılmışdır.

Tarixi 1847-ci ildə rus kəndiiləri burada məskunlaşdıqdan sonra kənd Andreyevka adlanmışdı. 29 aprel 1992-ci ildə kəndin keçmiş adı bərpa edilərək Qarazancir adlandırılmışdır.

Toponimikası Qarazancir adı rayonun ərazisinə düşən Talış sıra dağlarının şimal-şərq hissəsinə işarədir və "böyük dağ silsiləsi” mənasına uyğundur.

Coğrafiyası və iqlimi Kənd ovalıqda yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2701 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Cəlilabad rayonunun kəndləri