Muradxan — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Muradxan kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Muradxan oyk. Şirvan düzündədir. Yerli məlumata görə, yaşayış mantəqəsinin ilk sakinləri müəyyən siyasi hadisələrlə əlaqədar olaraq xanlıqlar dövründə(XVIII əsr) Gəncədən gəlmələrdir. Kəndin məhəllələrindən biri indi də Gəncəli adlanır. Yaşayış məntəqəsi burada bina salmış ailələrin başçısı Muradxan adlı bir şəxsin adını daşıyır. Kəndin adı 1933-cü ildə Muradxanlı şəklinda qəydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2786 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Kürdəmir rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Kürdəmir rayonunun kəndləri