Eyruz Məmmədov () — azərbaycanlı jurnalist.

Həyatı 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildən Sumqayıt şəhərində yaşayır.

Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbi bitirmişdir.

Azərbaycan Dövlət Universitetini bitirib; ixtisasca jurnalist-filoloqdur.

"Sumqayıtın əks-sədası" qəzetinin baş redaktorudur.

1988-ci ildə baş vermiş Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr etmişdirSumqayıt gəncləri Sumqayıt hadisələrini dar çərçivədə müzakirə etdi — FOTOLAR .

"Sumqayıtın əks-sədası" tammetrajlı, "Sumqayıtın əks-sədası-2" sənədli filmlərinin, "28-dən 29-na keçən gecə", "Sumqayıtım mənim", "2-ci paralel", "Bir, iki, üç… və yaxud Dağ çiçəyi", "Anata", "Gecə… İncə gecə", "Mister Riç"Sumqayıtlı yazarın "Mister Riç" romanı artıq oxucuların ixtiyarındadır . xeberle.com, 10.09.2015 və s. kitablarının müəllifidir.

Mükafatları Həsən bəy Zərdabi adına mükafat; "Qızıl qələm" mükafatı; "Araz" ali ədəbi mükafatı.

Əsərləri 100px|thumb Erməni təxribatı (Sumqayıt, fevral, 1988-ci il). Faktlar və mülahizələr.

Sumqayıt Gənclər, İdman və Turizm Baş idarəsinin sifariçi ilə 2005-ci ildə Azərbaycan, rus və ingilis dillərində çap olunmuşdur.

Müəllif: Eyruz Məmmədov. Rəyçi: tarix elmləri doktoru, professor Həqiqət Aslanov Redaktor: Hacı Ağəddin Mansurzadə Tiraj: 2000 Format: 84x108 1/32 Həcmi: 3,75 ç.v.

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları Kateqoriya:Sumqayıt hadisələri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları