Oliviya Hassi (; ) — Böyük Britaniya aktrisası.
Həyatı Oliviya Hassi 17 aprel 1951-ci ildə Buenos Ayresdə anadan olmuşdur. Atası Andreas Osuna opera müğənnisi olmuş və İsvaldo Ribo təxəllüsü ilə tanınmışdı. Oliviyanın 2 yaşı olarkən valideynləri ayrılırlar. 5 ildən sonra anası kiçik qardaşı ilə birlikdə Oliviyanı Londona aparır. Məhz orada Oliviya anasının soyadını götürür və teatr məktəbində təhsil almağa başlayır. O, ilk televiziya rolunu 13 yaşı olarkən alır və tezliklə italyan rejissor Franko Zeffirellinin "Romeo və Cülyetta" filmində Cülyetta rolunu ifa edir. Oliviya həmin roluna görə "Qızıl qlobus" mükafatına layiq görülür.
Oliviya Hassi 1971-ci ildə Los-Ancelesə gəlir və aktyor Din Martinin oğlu ilə ailə həyatı qurur. Onun oğlu Aleksandr da sonradan aktyor olur. 1973-cü ildə o, "İtirilmiş üfüqlər", 1978-ci ildə isə "Nildə ölüm" filmlərində çəkilir. 1978-ci ildə Martin Hassi ilə ayrılır və 1980-ci ildə yapon müğənnisi Akira Fuse ilə ailə qurur. 1983-cü ildə onların Maks adlı oğulları dünyaya gəlir.
O. Hassi ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən ərə gedir və bu nikahdan da qızı İndiyu Coy anadan olur.
27 dekabr 2024-cü ildə vəfat edib.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1968 Romeo və Cülyetta Romeo and Juliet Cülyetta Kapuletti1973 İtirilmiş üfüq Lost Horizon Mariya1974 Qara Milad Black Christmas Cessika Bredford1978 Nazaretli İsa Jesus of Nazareth Məryəm1978 Nildə ölüm Death on the Nile Rozali Otterborn1980 Virus Virus Marit1982 Ayvenho Ivanhoe Rebekka1984 Pompeyin sonuncu günləri The Last Days of Pompey İona1987 Təhrif Distortions Emi Marks1990 O It Odra Fillips1991 Elan edilməmiş müharibə Undeclared War 1996 Gecə dumanı The Dark Mist səs1998 Bağban The Gardener missis Karter2005 Sirli zəka Headspace Karen Merfi2015 Sosial intihar Social Suicide Culiyanın anası
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Birləşmiş Krallıq aktrisaları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Britaniya televiziya aktrisaları Kateqoriya:XXI əsr İngiltərə aktrisaları Kateqoriya:İngiltərə teatr aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:XX əsr Böyük Britaniya aktrisaları