Almaqurdu () — yarpaqbükənlər (Tortricidae) fəsiləsinə aid kəpənək.

Alma, armud, heyva, ərik, şaftalı ağaclarına çox ziyan vurur. Kəpənəyinin ön qanadları tünd-boz, arxa qanadları qonur-bozdur. Yumurtaları yastı və yaşılımtıl-ağdır. Uzunluğu 18 mm-dək olan tırtılları ağacın qabığı altında və meyvə anbarlarında baramanın içərisində qışlayır. Yazda pup halına keçir. Alma ağacı çiçəkləyəndən sonra puplardan çıxan kəpənək əvvəlcə yarpaqların, sonra meyvələrin üzərinə 100–150 yumurta qoyur. Yumurtadan çıxmış tırtıl 1–2 meyvəni zədələyir.

Mübarizə tədbirləri Almaqurduna qarşı mexaniki, kimyəvi (0,2–0,3% -li sevin məhlulu ilə) və bioloji üsullarla mübarizə aparılır.

Kateqoriya:Ziyanverici cücülər Kateqoriya:Kəpənəklər Kateqoriya:1758-ci ildə təsvir edilən güvələr Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları