Hülya Avşar (10 oktyabr 1963, Balıkəsir, Türkiyə) — Türkiyə müğənnisi və aktrisası.
Həyatı Hülya Avşar 10 oktyabr 1963-cü ildə Balıkəsirdə anadan olub. Əslən Ərdəhanlı avşarlar nəslindəndir. Gənc ikən Mehmet Tecirli ilə ailə həyatı qurub. Sonradan onlar boşanıblar. "Bulvar" qəzetinin təşkil etdiyi "Kainat Gözəllik Yarışması"nda birinci yeri tutub (1982), lakin evli olduğu məlum olduqda tacı geri alınıb. 1983-cü il Hülya Avşarın həyatında dönüş nöqtəsi olub. Fikrət Hakan və Salih Güney ilə birlikdə baş rolda oynadığı "Haram" filmində aktrisa kimi debüt edib. "Berlin in Berlin" filmindəki aktrisalıq məharətinə görə Moskva Film Festivalında ən yaxşı qadın aktrisa mükafatına layiq görülüb. Daha sonra musiqi təhsili alan Hülya Avşar Türkiyədə və xaricdə konsertlər verməyə başlayıb, 6 albom və bir sinq çıxarıb. 2000-ci ildə Türkiyənin Kral TV telekanalı tərəfindən təşkil olunmuş ilin musiqi mükafatları təqdimatı mərasimində ən yaxşı qadın müğənni mükafatını alıb. Sonralar televiziya kanallarında şou aparıcısı kimi də məşhirlaşıb.
Kaya Çilingiroğlu ilə olan evliliyindən Zəhra adında bir qızı var. Cütlük 2005-ci ildə boşanıb.
Filmoqrafiya
TV serialları "Zümrüd" (2004) "Qadın istərsə" (2004) "Müdafiə" (2000) "Ah bir zəngin olsam" (1998) "Super ulduz" (1995) "Sevginin gücü" (1993) "Qadın sevərsə" (2006)
Kinoları "Hababam sinfi əsgərlikdə" (2004) "Qəlbin zamanı" (2004) "2 gənc qız" (2004) "Salxım xanımın dənələri" (1999) "Bir qadının anatomiyası" (1995) "Berlin in Berlin" (1993) "Həsən boğuldu" (1990) "Mənim filmlərim" (1990) "Fəzilət" (1989) "Fotoqraflar" (1989) "Zeynəb müəllimə" (1989) "Melodram" (1988) "Hülya (1988) "Aşiqsən" (1988) "Ziyarət" (1987) "Alamancının arvadı" (1987) "Geri dön" (1987) "Çil xoruz" (1987) "Bir qırıq" (1987) "Sabah-sabah" (1987) "Mavi mələk" (1986) "Sevda atəşi" (1986) "Alın yazım" (1986) "Eşq hekayəmiz" (1986) "Qısraq" (1986) "Üç həlqə 25" (1986) "Dağlı göyərçin" (1986) "Uzun bir gece" (1986) "Fatmagülün günahı nədir? (1986) "Pulun əsiri" (1985) "Günahkar gənclik" (1985) "Tapılacaq qadın" (1985) "Katib" (1985) "Mavi-mavi" (1985) "Ölüm yolu" (1985) "Teleqızlar" (1985) "Nifrət" (1984) "Ayşəm" (1984) "Günəş doğarkən" (1984) "Kapitan" (1984) "Əcnəbi" (1984) "Ömrümün təkk gecəsi" (1984) "İstək" (1984) "Qərənfilli Naciyə" (1984) "Polad məzar" (1983) "Haram" (1983) "Qəhr" (1983)
İstinadlar
Xarici keçidlər Hülya Avşar Web Sitesi Filmografi Film Gen TR Sinema Türk Kars'ın şımarık Kürt kızı!.. 'Avşar sülalesi Kürt'tür' Hulya Avsar Vidsbook Sayfası
Kateqoriya:Türkiyə aktrisaları
Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:Türk müğənnilər Kateqoriya:Balıkəsir ilində doğulanlar Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə film aktrisaları Kateqoriya:XX əsr Türkiyə aktrisaları