Balaca Həmyə — Azərbaycan Respublikasının Siyəzən rayonunun Həmyə kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.
Əhalisi Əhalisinin sayı 2500 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Tanınmış şəxsləri Ağali Ağayev — Şəhid. Cəbiyev Qardaşağa — Şəhid.
Toponimikası Oykonim "Kiçik Həmyə kəndi" deməkdir. Həmyə/həməyə tat və talış dillərində "düz yer", "hamar yer" mənasını ifadə edir. Keçən əsrdə kəndin adı Balaca Həmyə (1933,1979) variantında da qeydə alınmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007. Ərəbcə isə müdafiə edən deməkdir keçmiş adı Ərəb həmyəsi olmuşdur nadir qulu əfşar zamanında Şamaxı şəhərindən köçürülmüşdür.
Yol 2014-cü ildə iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən–Böyük Həmyə–Balaca Həmyə–Çəndəhar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.
İstinadlar
Kateqoriya:Siyəzən rayonunun kəndləri Kateqoriya:Əlifba sırasına görə kəndlər