Cimi — Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbə inzibati ərazi dairəsində kənd.
Toponimikası Cimi oyk, sadə. Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə Cemi adlandırılmışdır. Əslində isə kənd öz adını ərazidəki min. bulaqların adından almışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir.
Əhalisi Qədim tarixə malik Cimi kəndinin əhalisini tatlar təşkil edir. Sayları təxminən 1000 nəfərə yaxındır. Əhali əsasən heyvandarlıqla, xalçaçılıq, toxuculuq, arıçılıqla məşğul olur. 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 1209 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Quba rayonu Cimi kənd 80 şagird yerlik modul tiplitam orta məktəbin quraşdırılması üçün 390 000 manat vəsait ayrılmışdır"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .
Həmçinin bax Cimi bulağı
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri