Mirzə bəy Bayat (1736—?) — Dərbənd hakimi, Quba xanlığının elçisi.

Həyatı Mirzə bəy Bayat 1736-cı ildə Dərbənd şəhərində anadan olmuşdur. Quba hakimi Fətəli xan 1775-ci ilin yazında Dərbənd hakimi Mirzə bəy Bayat (Fərhadbəyli) başda olmaqla rus sarayına elçilər göndərərək Quba xanlığının müstəqilliyini saxlamaq şərti ilə Rusiyanın himayəsi altına keçməsi təklifini irəli sürdü. Elçilər iyulun 6–da Moskva şəhərinə gedib Fətəli xanın məktubunu rus çarisasına təqdim etdilər. Fətəli xan Quba xanlığının statusunu Gürcüstan və Krımla eyniləşdirməyə çalışırdı. Lakin II Yekaterina Quba xanlığının müstəqilliyni qəbul etməkdən imtina etmişdir.

Şəxsi həyatı Mirzə bəyin Əhməd bəy adlı oğlu, Əlipənah bəy adlı nəvəsi vardı.

Həmçinin bax Dərbənd xanlığı Quba xanlığı

Kateqoriya:Bayatlar Kateqoriya:Diplomatlar