Səbətlər — Azərbaycan Respublikasının Quba rayonunun Çiçi kənd inzibati ərazi dairəsində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir.
Toponimikası Səbətlər oyk., sadə. Vəlvələçayın sahilində, Rustov çökəkliyindədir. Yaşayış məntəqəsi XIX əsrin sonu XX əsrin əvvəllərində Çiçi kəndinin qışlağı olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr qışlaqda daimi məskunlaşmışlar. Oykonim müxtəlif mənbələrdə Sabat- lar, Söhbətlər variantlarında qeydə alınmışdır. Tədqiqatçılar kəndin adım söhbətlər nəslinin adı ilə bağlayırlar. Şabran r-nunda da Söhbətli adlı kənd var.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1210 nəfər əhali yaşayır. Əhalisi tatlardır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Din Kənddə Səbətlər kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri