Saqakat məbədi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Üçkilsə (12. 03. 1945 – ci ildən Eçmiədzin) rayonu ərazisində, Üçkilsə kilsəsindən şimal – şərqdə, Üçkilsə və Müqəddəs Ripsime məbədlərinin arasında yerləşən ərmən – türk Ə. Ələkbərli - Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007, səh 42 - 43 xristian məbədi.

Tarixi III əsrin sonlarında Ərməniyyəyə qaçan bakirə Ripsime öz rəfiqələri və dayəsi Qayana ilə Ərməniyyənin paytaxtı Vağarşabaddakı şərab anbarında gizlənmişlər. Lakin onlar Ərməniyyə çarı Trdat tərəfindən tapılıb qətlə yetirildikdən sonra Maarifçi Qriqorinin təşəbbüsü ilə Ərməniyyədə tikilən ilk üç sovmədən biri də məhz həmin anbarın yanında ucaldılmışdır.И. Шопен – Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, ст 293 – 306, 667 - 682 483 – cü ildə həmin sovmə daş kilsə ilə əvəzlənmiş, sonrakı yüzillərdə dəfələrlə bərpa olunaraq, ona yeni tikililər əlavə edilmişdir.А. Берже – Кавказ в археологическом отношении, Тифлис, 1875, ст 171

Adın etimologiyası Məbədin Saqakat (Saq + ak // ağ + at, yəni Ağ saqalar) adı onun, Qərbi Azərbaycanın ən qədim sakinlərindən olan Б. Б. Пиатровский – Урарту (Древнейшее государство Закавкаэъя), Ленинград, 1939, ст 63 və Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamışQ. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, ADN, 1994, səh 96 – 152 saklara məxsus olduğunu birmənalı olaraq sübut edir.Ə. Ələkbərli - Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007, səh 42 Məbədin ətrafında tarix boyu türk tayfaları yaşamış, bu ərazilərə ermənilərin ilk gəlişi XV əsrin ortalarında baş vermişdir.Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 162 – 166

Memarlıq xüsusiyyətləri

İlkin tikililər Bugünkü Saqakat məbədi VI – VII əsrlərdə inşa edilmiş məbədin bərpa edilmiş hissəsidir. Mütəxəssislər bu məbəd binasının daha qədim binanın özülləri üstündə inşa edilməsini düşünürlər. Məbədin cənub – qərb divarının özülündə aparılmış tədqiqatlar zamanı köhnə məbəd binasının otaqlarından birinin divarı aşkarlanmış və həmin divarın yeni məbədin inşası zamanı nərdivana dayaq kimi istifadə edilməsi müəyyənləşdirilmişdir. Məbədin cənub divarında kiçik yarımdairəvi apsisin izləri də görünməkdədir. Məbədin özülündə IV – V əsrlər bölgə memarlığı üçün xarakterik olan dayaq sistemi istifadə edilmişdir. Binada kiçik şapelə doğru yol göstərən iki portal biri cənub, biri isə qərb divarında çox uğurlu yerləşdirilmişdir.

Sonrakı tikililər Bugünkü məbəd binası birnefli bazilika quruluşuna malik olub, şərq divarında yarımdairəvi apsisi vardır. Apsisin bəzi hissələrinin V əsrin yadigarı olması güman edilir. Dörd qapı çıxış binanın mərkəzi küçə və koik gümbəzalı hissə ilə əlaqəsini təmin edir. Binanın qərb divarında olan əsas portal açıq qalereyadan binanın interyerinə keçid yaradır. Binanın əsas giriş qapısı üstündə kiçik kitabə yerləşdirilmişdir. Kitabə qəhvəyi tuf daşından hazırlanaraq binaya sonradan əlavə edilmişdir. Digər kiçik bir portal isə binanın cənub divarındadır. Əsas məbəd binasının fasadındakı kiçik ornamental naxışlar həndəsi fiqurlar silsiləsi şəklində yığılmışdır.

Məbədin qərb qurtaracağında binanın ümumi memarlığı ilə uyğun şəkildə dizayn edilmiş açıq qalereya yerləşir. Qalereyanın ortasında yerləşən yeganə böyük arkanı keçdikdən sonra kilsənin əsas portalına yaxınlaşmaq mümkündür. Qalereyanın ortasında kiçik altı sütunlu zəng qülləsi yerləşir.

Mənbə И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п.,1852, стр. 293-306, 667-682; А.Берже. Кавказ в археологическом отношении, Тифлис, 1875, стр. 171; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.162-166. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, ADN, 1994, səh 96 – 152 İstinadlar

Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası

Kateqoriya:Gərnibasar abidələri Kateqoriya:IV əsrə aid kilsələr Kateqoriya:V əsrə aid kilsələr Kateqoriya:VII əsrə aid kilsələr Kateqoriya:Ermənistandakı ümumdünya irsi