Məzmun Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Burada Azərbaycan xalq nağılının məşhur qəhrəmanı Cırtdanın yeni dövrdə başına gələn yeni əyləncəli sərgüzəştlərindən söhbət açılır. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik bir-birini tamamlayır.

İnsan düşüncəsinin məhsulu olan nəhəng müasir texnika bəşər övladına həmişə kömək etməyə hazırdır. Budur, əfsanəvi Simurq quşu və xalça-təyyarə sehrli yumağın arxasınca nə qədər uçurlarsa da xeyri olmur, onu tuta bilmirlər. Köməyə güclü və xeyirxah raket gəlir. O, sehrli yumağı tutub balaca Cırtdana qaytarır.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Fikrət Sadıq Rejissor: Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam: Kamil Nəcəfzadə Operator: Aleksandr Milov Bəstəkar: Oqtay Zülfüqarov Səs operatoru: Kamal Seyidov Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Tamilla Əsgərova (T.Əsgərova kimi), Hüseyn Cavid İsmayılov Fon rəssamı: Nazim Məmmədov Rejissor assistenti: Hafiz Əkbərov Montaj edən: Esmira İsmayılova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: A.Məhərrəmov

Filmi səsləndirənlər Amaliya Pənahova — Simurq quşu Məmmədrza Şeyxzamanov — uçan xalça Ş.Bağırova Gülnaz Qədirli

Mənbə Məmmədov, A. “Cırtdanın yeni sərgüzəşti” [Azərbaycan kinostudiyasının yeni çəkdiyi "Cırtdanın yeni sərgüzəşti" filmi haqqında] //Ədəbiyyat və incəsənət.- 1974.- 28 dekabr.- səh. 16. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər

“Nostalji” — Unudulmayan cizgi filmləri — RUBRİKA

Həmçinin bax Cırtdan (film, 1969)

Kateqoriya:1973-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Uşaq filmləri Kateqoriya:Azərbaycan cizgi filmləri