Türk Ulduzları () — Türkiyə Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyə Milli Akrobatika Qrupunun akrobatika eskadronudur. Komanda 7 noyabr 1992-ci ildə yaradılıb və 11 yanvar 1993-cü ildə "Türk Ulduzları" adını alıb. Uçuşlar 8 ədəd NF-5 təyyarəsi ilə həyata keçirilir. Nəqliyyat vasitəsi kimi Lockheed C-130 Hercules istifadə olunur

Qəzalar 13 mart 2012

Təlim uçuşu zamanı NF-5 təyyarəsinin qəzaya uğraması ilə pilot Yüzbaşı Ümit Özer həlak olmuşdur."TurkYildizlari — ŞEHİDİMİZ"

7 aprel 2021

Təlim uçuşu icra edən "Türk ulduzlarına" məxsus NF-5 təyyarəsi saat 14:15 (Bakı vaxtı ilə 15:15) radələrində Konyada qəzaya uğrayıb. Pilot Yüzbaşı Burak Gençcelep həlak olub.

6 dekabr 2022

Təlim uçuşu icra edən "Türk ulduzlarına" məxsus NF-5 təyyarəsi havada quş ilə toqquşduğuna görə qəzaya uğrayıb. Pilot katapult edə bilib.

14 mart 2024 14 mart 2024-cü il tarixində komandanın təlim təyyarələrindən biri Türkiyənin Konya vilayətində qəzaya uğrayıb.

Türk Ulduzları Bakıda

22 avqust 2001 Fəaliyyəti dövründə Azərbaycanda ilk uçuşunu 22 avqust 2001 tarixində yerinə yetirib. Şou zamanı canlı olaraq 1 milyondan çox adam tərəfindən izlənilərək rekord qırıb.Türk Yıldızları

26 iyun 2018 İllər sonra 2018-də Azərbaycan Ordusunun Qurulmasının 100 illiyində Bakı şəhərinə bir daha təşrif buyurub. Həmin paradda Azərbaycanda ilk dəfə SoloTürk-də uçuş yerinə yetirib.

15 sentyabr 2018

Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi şərəfinə keçirilən paradda iştirak ediblər.

26–29 may 2022 2022-ci ildə Texnofest festivalı çərçivəsində Texnofest Azərbaycan tədbirində SoloTürk ilə birlikdə uçuşlar həyata keçirib. right|thumb|Türk Ulduzları|275x275px 281x281px|thumb|left|Türk Ulduzları

thumb|center|300px|Türk Ulduzu

İstinadlar

Xarici keçidlər Türk Ulduzları

Kateqoriya:Türkiyə Silahlı Qüvvələri Kateqoriya:Aerobatika komandaları