Anam ağaca çıxıb — Azərbaycan qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1986-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur.
Məzmun Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 203
Filmin üzərində işləyənlər Ssenari müəllifi: D. Seyidova Rejissor: Firəngiz Qurbanova Operator: Antonina Korotnitskaya Rəssam: Firəngiz Qurbanova, Elman Mirzəyev Bəstəkar: Cahangir Qarayev
Nümayiş 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Həmçinin bax Azərbaycan cizgi filmlərinin siyahısı 1986-cı ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1986-cı ilin filmləri Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri