Araz üzərində işıq filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1971-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film iki qonşu ölkənin-Azərbaycan və İran inşaatçılarının birgə səyi ilə Araz üzərində hər iki ölkəni enerji ilə təmin edəcək elektrik stansiyasının tikintisindən və açılışından bəhs edir.
Məzmun Film iki qonşu ölkənin-Azərbaycan və İran inşaatçılarının birgə səyi ilə Arazın ram edilməsindən, Araz üzərində hər iki ölkəni enerji ilə təmin edəcək elektrik stansiyasının tikintisindən, tikintidə çalışan fəhlə və mütəxəssislərin əməyindən, stansiyanın təntənəli açılışından bəhs edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 135
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Sabir Əhmədov Rejissor: Əlibala Ələkbərov Operator: Əlibala Ələkbərov, Maqsud Əliyev
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1971-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1971-ci ilin filmləri Kateqoriya:1971-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan–İran münasibətləri