Artilleriyanın allahı sayılırdı () filmi rejissor Ziya Şıxlinski tərəfindən 1996-cı ildə çəkilmişdir. Film Azanfilm studiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur.
Məzmun Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. Kinolentin birinci hissəsi onun çar ordusunda podporuçik rütbəsindən general-leytenant və ordu komandiri rütbəsinədək yüksəlməyindən, ikinci hissəsi isə generalın Azərbaycandakı fəaliyyətindən və Azərbaycan milli silahlı qüvvələrinin yaradılmasından bəhs edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 308
Film haqqında Əsasən kinoxronikadan istifadə olunduğu üçün operator çəkilişdə iştirak etməmişdir.
Filmin üzərində işləyən Ssenari müəllifi: Ziya Şıxlinski Rejissor: Ziya Şıxlinski
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1996-cı ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər
В Баку состоялся показ фильма "Считался богом артиллерии" о генерале Алиаге Шихлинском (ФОТО) «СЧИТАЛСЯ БОГОМ АРТИЛЛЕРИИ» “ARTİLLERİYANIN ALLAHI SAYILIRDI”
Kateqoriya:1996-cı ilin filmləri Kateqoriya:1996-cı ilin Azərbaycan filmləri Kateqoriya:Əliağa Şıxlinski haqqında filmlər