Artyom adası filmi rejissor Əbdül Həsənov tərəfindən 1939-cu ildə çəkilmişdir. Film Azərfilmdə istehsal edilmişdir. Kinooçerkdə Abşeronda yerləşən və qədimdən "Pirallahı" adı ilə tanınan Artyom adasından bəhs edir.

Məzmun Kinooçerkdə Abşeronda yerləşən və qədimdən "Pirallahı" adı ilə tanınan Artyom adasında böyük bir neft rayonunun salınmasından, burada yeni yaşayış binalarının tikilməsindən, açıq dənizdə neft buruqlarının ucalmasından, fəhlələrin həyatından söhbət açılır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 37

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Əbdülrəhman Minski Rejissor: Əbdül Həsənov Operator: Vladimir Yeremeyev, Əlibala Ələkbərov

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 383.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1939-cu ilin Azərbaycan filmləri 1930-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1939-cu ilin filmləri Kateqoriya:1939-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanda neft sənayesi Kateqoriya:Pirallahı rayonu