Avtomobildən qorun qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1974-cü ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir.
Məzmun Oğlanın yol hərəkəti qaydalarını pozmasının bədbəxt hadisə ilə nəticələnməsi filmin əsas süjet xəttini təşkil edir. Burada hər bir piyada tərəfindən küçə hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyi haqqında danışılır. Professor Talışinski ilə müsahibə küçə hərəkəti qaydalarının pozulmasının acı nəticəsini əyani şəkildə nümayiş etdirir. Burada Respublika Dövlət Avtomobil Müfəttişliyinin rəisi Hüseynov qaydanı pozanlarla mübarizə tədbirlərindən və müfəttişliyin işindən söhbət açır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 162
Filmin üzərində işləyənlər Rejissor: Arif Qazıyev Operator: Vaqif Həsənov
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1974-cü ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1974-cü ilin filmləri Kateqoriya:1974-cü ilin Azərbaycan filmləri