Robun Şu (, ) — Çin əsilli Amerikalı aktyor və döyüş sənətləri ustasıdır.

Həyatı

Robin Şu 1960-cı ildə Çində anadan olmuşdur. Ailədə 5 uşaqdan dördüncüdür (2 böyük bacısı və 2 kiçik qardaşı). 1971-ci ildə ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Əvvəllər Kenpo–Karate , sonralar isə Uşu ilə məşğul olub. 1982–1983-cü illər arasında qızıl və gümüş medalları qazanır. Kaliforniya Universitetində tikinti üzrə bakalavr dərəcəsi alır. Bir müddət keçdikdən sonra mühəndislik üzrə diplom qazanır. Kino karyerası isə 1980-ci illərdən başlayır.

Filmoqrafiya 1988 – Müharibə şəhəri / City War 1990 – Pələng qəfəsi / Tiger Cage 2 1992 – Qara pişik 2 / Black Cat 2 1995 – Ölümcül döyüş / Mortal Combat (Lui Kenq rolunda) 1997 – Beverli Hillz Nindzaları / Beverly Hillz Ninja 1997 – Ölümcül döyüş 2: Məhv etmək / Mortal Combat 2 (Lui Kenq rolunda) 2008 – Ölümcül yarışma / Death Race 2011 – Ölümcül yarışma 2 / Death Race 2 2012 – Mələklər şəhəri / City Of Angels

Maraqlı faktlar Robin Şunun 1982-ci ildə Peşəkar Uşu Yarışmasına getməsini nə atası , nə də anası bilirdi. Robin ailədə ən çox anasını istəyirdi. Anası Ölümcül döyüş 2: Məhv etmək filminin çəkilməsi bitərkən vəfat etmişdir. Bundan sonra Robin Şu çox az filmlərə çəkilmişdir. Ölümcül döyüş filmində Sab–Zero (Fransua Petit) ilə Lui Kenqin (Robin Şu) vuruşmasında Robin Şunun qabırğası sınır. Buna baxmayaraq Robin çəkilişi davam etdirir.

Xarici keçidlər

Official Robin Shou Homepage

Robin Shou Hong Kong Cinema interview with Robin Shou Robin Shou Interview Kateqoriya:ABŞ aktyorları