Elşad Haqverdi oğlu Nəsirov () — DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi (2024-cü ildən), rəis səlahiyyətlərinin müvəqqəti icraçısı (2022–2024), general-mayor (2025).

Həyatı Elşad Haqverdi oğlu Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib.

1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir.

1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır.

1998-ci ildən BDU-nun Hüquq fakültəsinin fakültə Elmi Şurasının katibi, 2005-ci ildən 2011-ci ilə qədər isə dekan müavini vəzifəsində işləmişdir.

2009–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin eksperti vəzifəsində çalışmışdır.

2019-cu ilin yanvar ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının tədris sahəsində təşkilati-idarəçilik, elmi-metodiki və tədris-tərbiyə prosesinin yüksəldilməsi məqsədilə təcrübəli mütəxəssislərə olan ehtiyacı nəzərə alınaraq DTX rəisinin müvafiq əmri ilə akademiya rəisinin müavini, aparılmış ştat-struktur dəyişikliklərindən sonra isə akademiya rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 2022-ci ildən akademiya rəisinin səlahiyyətlərini müvəqqəti icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2024-cü il tarixli Sərəncamı ilə akademiyanın rəisi təyin edilmişdir.

Təltif və mükafatları 2004-cü ilin elmi nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə "İlin müəllimi" fəxri adına layiq görülüb.

6 noyabr 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06.11.2009 tarixli 11/763 saylı əmri ilə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.

Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının və Bakı Dövlət Universitetinin 100 illik yubiley medalları ilə təltif edilmişdir.

29 noyabr 2023-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.

Ailəsi Ailəlidir, üç övladı var.

Elmi fəaliyyəti "Konstitusiya hüququ", "Azərbaycanın bələdiyyə hüququ", "Azərbaycanın konstitusiya hüququ" (bakalavr pilləsində), "Seçki hüququ", "Bələdiyyə hüququnun müasir problemləri", "Avropa hüququ" (magistratura pilləsində) fənlərini tədris edir.

11 elmi məqalənin, 2 metodiki göstərişin, 2 dərs vəsaitinin (birgə müəllifliklə), 1 dərsliyin (birgə müəllifliklə) və 1 tədris proqramının müəllifidir.

Azərbaycan Respublikası seçki sisteminin hüquqi tənzimi, İnsan hüquqlarınin Konstitusiya təminatları, Azərbaycanda yerli özünüidarəetmənin hüquqi tənzimi onun tədqiqat sahəsidir.

Kitabları Azərbaycanın dövlət və hüququnun əsasları. Dərs vəsaiti. Bakı: "Qapp-Poliqraf" nəşriyyatı, 2003, 438 s. (həmmüəlliflər Z. Əsgərov, M. İsmayılov, X. Məmmədov) Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. Dərslik. Bakı: "Qapp-Poliqraf" nəşriyyatı, 2005, 379 s. (həmmüəlliflər Z. Əsgərov, M. İsmayılov) Bələdiyyə hüququ (sxemlərdə). Dərs vəsaiti. Bakı: "Qanun" nəşriyyatı, 2008, 156 s. (A. İsmayılov, B. Bədəlov) Основы информационного права. Учебное пособие. Bakı: "Qanun" nəşriyyatı, 2010, 456 s. (həmmüəllif R. Aslanov) Конституция Азербайджанской Республики и основы права. Учебник. Bakı: "Qanun" nəşriyyatı, 2010, 464 s. (həmmüəlliflər Z. Əsgərov, M. İsmayılov) Административное право. Учебник. Bakı: "Qanun" nəşriyyatı, 2012, 576 s. (həmmüəllif R. Aslanov)

Seçilmiş əsərləri Azərbaycan Respublikası seçki qanunvericiliyinin təkmilləşdirilməsinin nəzəri və praktiki problemləri, Bakı, 2008 Bələdiyyə hüququ (sxemlərdə), dərs vəsaiti, Bakı, 2008 Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin kütləvi informasiya vasitələri ilə əlaqəsinin əsas istiqamətləri, Bakı, 2007 Konstitusiya hüququ (tədris proqramı), (birgə müəllifliklə), Bakı, 2006 Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları (dərslik), (birgə müəllifliklə), Bakı, 2005 Azərbaycanin dövlət və hüququnun əsasları (dərs vəsaiti), (birgə müəllifliklə), Bakı, 2003 Bələdiyyə hüququ (metodik göstərişlər), Bakı, 2003

İstinadlar

Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri