Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) () — Azərbaycan teatr və kino aktrisası,Həsənova A. Həm kinoda, həm də teatrda: [Aktrisa Vəfa Zeynalova ilə söhbət] //Mədəniyyət.- 2008.- 15 may.- S. 14. Azərbaycanın əməkdar artisti.

Həyatı Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.

Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır.

O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Şəxsi həyatı Ailəlidir, əkiz qızları var.

Mükafatları 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

Teatrın səhnəsindəki rolları Səltənət bəyim ("Hökmdar və qızı", İ. Əfəndiyev) Şirinin rəfiqəsi ("Fərhad və Şirin", S. Vurğun) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam" S. S. Axundov), Sona ("Hələ "sevirəm" deməmişdilər…"R. Novruz) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan" İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı"O. İoseliani) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam"S. S. Axundov) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan"İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı" O. İoseliani) Leyla ("Mesenat" Ə. Əmirli) Zümrüd ("Eloğlu" A. Şaiq) Gəlin ("Uçqun", T. Cücenoğlu) Qloriya ("Qocanı öldürməliyik", C. Patrik) Pırpız Sona "Dəli yığıncağı" C. Məmmədquluzadə) və s. Rəna ( “ İblis və…” H.Cavid) Zərifə (“ Əsrə bərabər gün” Ç. Aytmatov) Mariyya ( “ Şükriyyə” ) Mariyya ( “ Baş” Elçin) Esmeralda ( “Paris Noterdam “ V. Huqo)

Filmoqrafiya Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: Arzu Adam ol! (film, 2005) (tammetrajlı bədii film)-rol: Faiqin arvadı Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film)-rol: Vəfa Aramızda qalsın (film, 2011-2013) (bədii serial) Bəyaz həyat (film, 2003) Bizim qəribə taleyimiz (film, 2005) Bomba (film, 2005) Həkimlər (teleserial, 2012) İlahi məxluq (film, 2011) Qafqaz (film, 2007) Qayınana (film, 2011) Qızlar (film, 2007) Mən sənin dayınam (film, 2001) Mənim ömür nəğmələrim (film, 2003) Nəfəs (2007) Taleyin qisməti (film, 1996-1997) Yanmış körpülər (film, 2007) Qu rəqsi Pray for Zahra (2017)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri