Şərafəddin Elçi () — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı.

Həyatı O, 1938-ci il martın 14-də Türkiyənin Şırnak mahalının, Cizrə qəsəbəsində anadan olub. Mardində liseyi bitirib. Ankara Universitetində hüquq fakültəsində oxuyub. Bir müddət Diyarbakırda vəkillik edibTürkiyədə "kürd" adı ilə ilk təşkilat quran vəfat edib Lent.az 26 dekabr 2012.

Tələbəlik illərində "kürdlərin davasını" aparıb. Bir neçə dəfə həbsdə olub. 1992-ci ildə 98 kürdlə birlikdə "kürdlərin haqqı və Azadlığı" vəqfini qurub. 1995-ci ildə "Kürd kültür və araşdırma vəqfi"nin təsisində iştirak edib.

Qurduğu Demokratik Kütlə Partiyası ləğv edildikdən sonra KADEP-yə (Katılımcı Demokratik Partiya) başçı olub.

Türkiyə Böyük Millət Məclisinə keçirilən sonuncu seçkidə BDP –nin (Barış və Demokrat Partiyası) dəstəyi ilə deputat seçilib.

O, Türkiyənin futbol üzrə tanınmış mütəxəssisi Mustafa Dənizlinin qayınatasıdır.

İstinadlar

Kateqoriya:TBMM XVI çağırış deputatları Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri Kateqoriya:Türkiyə nazirləri