Faiq İsmayıl oğlu Şabanov () — Gəncə Şəhər Polis İdarəsinin rəisi (2013–2019).
Həyatı Faiq Şabanov 1963-cü ildə mart ayının 10-da Göyçə mahalının Qayabaşı kəndində anadan olub. Səkkizillik təhsilini doğma kəndində, orta təhsilini isə Qoşabulaq kəndində (1980) alıbZiyəddin Məhərrəmov, "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, Çaşıoğlu-2001. səh.95-də.
1982–1984-cü illərdə Novosibirsk şəhərində hərbi xidmətdə olub, tərxis olunduqdan sonra Belqorod şəhərində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.
Sonralar ali milis məktəbini bitirən F. Şabanov tədricən bu sistemdə vəzifə pilləsində yüksəlib. Polis polkovniki F. Şabanov Zaqatala Rayon Polis Şöbəsinin rəisi işləmişdir.
10 noyabr 2011-ci ildə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunubAzərbaycanda səkkiz rayonun polis rəisi dəyişdirilib .
Faiq Şabanov 2 fevral 2013-cü ildə Daxili İşlər Nazirinin əmri ilə Gəncəyə polis rəisi vəzifəsinə təyin olunub.
Faiq Şabanov 17 yanvar 2019-cu ildə Daxili İşlər Nazirliyin əmri ilə Gəncə Şəhər Baş Polis idarəsinin rəisi vəzifəsindən azad edilib.
Təltifləri 2009-cu il iyulun 1-də ictimai asayişin təmin olunmasında fərqləndiyinə görə ölkə başçısının sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
İstinadlar
Kateqoriya:Azərbaycan polisləri Kateqoriya:Gəncə Şəhər Baş Polis İdarəsinin rəisləri