Şabanova Rəfiqə Mahmud qızı () — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). SSRİ əməkdar idman ustası (1976).
Həyatı Rəfiqə Şabanova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir.
XXI Olimpiya oyunları (1976, Monreal) çempionu, SSRİ çempionatının gümüş (1970–74, 1976–77), bürünc (1965, 1978, 1980, 1982–1984), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bürünc mükafatçısı (1975–1979) olmuşdur. "Avtomobilçi" komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu almışdır (1983).
İstinadlar
Kateqoriya:1976 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları Kateqoriya:SSRİ həndbolçuları Kateqoriya:Azərbaycan həndbolçuları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar məşqçiləri Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:Bakıda doğulmuş idmançılar