Tamilla Zahid qızı Mahmudova () — Azərbaycan pianoçusu, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru, Azərbaycan SSR xalq artisti (1974), Rusiyan Federasiyasının əməkdar artisti (1994), "Şöhrət" ordeni laureatı (2002).

Həyatı Tamilla Mahmudova Azərbaycanda doğulub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K. Səfərəliyevanın sinfində alıb.

1954-cü ildə Moskva konservatoriyasını və 1957-ci ildə professor Y. Zakın sinfində aspiranturanı bitirib.

1947-ci ildən Azərbaycan Radio Komitəsində solist olmuşdur. 1954-cü ildən Moskonsertin solisti idi

Repertuarına rus və Qərbi Avropa klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Mahmudova Azərbaycan bəstəkarlarından Q. Qarayev, F. Əmirov, C. Hacıyev və A. Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. Xarici ölkələrdə (İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və s.) qastrolda olmuşdur.

3 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat etmişdir.

Filmoqrafiya Çalır Tamilla Mahmudova (film, 1966)

İstinadlar

Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XXI əsr pianoçuları Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:Azərbaycan pianoçuları Kateqoriya:Rusiya pianoçuları Kateqoriya:Rusiya azərbaycanlıları